Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1702/2022 27.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, X2 Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli EP nömrəli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə və daxil olmuş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ M: Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli EP nömrəli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinərək 10357,80 manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Həmin qərardan X1 Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə daxil olmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli EP nömrəli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Sənədlərdən göründüyü kimi, mübahisələndirilən inzibati xəta Bakı şəhəri, Xəzər rayonunun ərazisində yerləşən Hava Limanında törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, X2 Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli EP nömrəli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ M: X2 Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli EP nömrəli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1702/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1702/2022
27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver