Məhkəmə qərarları › İş №3(007)-1713/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1713/2022

25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1713/2022 25.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizаmi Rаyоn Pоlis İdаrəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs, xx.xx.2022-ci il tarixdə Ümrə ziyarətinə tur təşkil edəcəyi vədi ilə X1 400 manat pul alıb mənimsəmişdir. Bundan başqa, Şəxs, 20 aprel 2022-ci il tarixdə, ünvan 1 ünvanından vətəndaş X2 Ümrə ziyartətinə getməsi üçün 300 manat pul və sənədlərin surətini alaraq aldatmışdır. Bu barədə Bakı şəhəri Nizаmi Rаyоn Pоlis İdаrəsinin 24-cü Polis Şöbəsi tərəfindən 25 iyul 2022-ci il tarixdə MN seriyalı ******* nömrəli və MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 3(007)-1713/2022 və 3(007)-1714/2022 saylı inzibati işlər bir icraatda birləşdirilməli və bir icraatda birləşdirilmiş işə 3(007)- 1714/2022 saylı nömrə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: 3(007)-1713/2022 və 3(007)-1714/2022saylı inzibati işlər bir icraatda birləşdirilsin və bir icraatda birləşdirilmiş işə 3(007)- 1714/2022 saylı nömrə verilsin. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar