Məhkəmə qərarları › İş №3(007)-1715/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1715/2022

25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1715/2022 25.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, tələbkarlar X6, X7, X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X4 iştirakları ilə, xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs, barəsində Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 2(007)-1952/2018 saylı icra vərəqəsinə əsasən, 12 mart 2013-cü il tarixli 1161 nömrəli kredit müqaviləsi üzrə 11.680,98 ABŞ dolları əsas borc, 1818,0 ABŞ dolları faiz borcu, əldən çıxmış faydaya görə 1724,11 ABŞ dolları olmaqla, cəmi 15.223,09 ABŞ Dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Şəxs Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətininin xeyrinə tutulması, tutmanın Şəxs məxsus olan və banka ipotekaya qoyulmuş ** DH *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200CDİ minik” markalı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracda satılaraq əldə edilən vəsait hesabına Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(007)-575/2021 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 6170 manat tutularaq X11 verilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(010)-545/2021 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 2040 manat tutularaq X8 verilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(007)-2771/2021 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 4500 manat tutularaq X10 verilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(007)-818/2022 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 384 manat tutularaq "xxxx" MMC-yə verilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(007)-595/2022 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 5686 manat tutularaq X14 verilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(007)- 971/2022 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 20365 manat tutularaq X2 verilməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzürsüz səbəbdən icra sənədini icra etməmiş və nəticədə Şəxs icra sənədi üzrə tələbləri təmin etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və məhkəmə qətnaməsini icra etməməkdə özünü təqsirli bilərək, bildirdi ki, icra vərəqələri üzrə borcunu ödəməkdən yayınmır, sadəcə olaraq maddi durumu ağır olduğundan borcundan birdəfəlik ödənişlər edə bilmir. Belə ki, o, yenicə işə daxil olmuşdur. Vaxt verilsə borcumdan hissə-hissə ödəniş edərəm. Sonda Şəxs göstərilənləri nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X12 bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(010)-545/2021 saylı icra sənədi üzrə borclu tərəfindən ödənilməmiş 2040 manat məbləğində borcu vardır. Şəxs müxtəlif bəhanələr gətirərək icra sənədi üzrə borcunu ödəməkdən yayınır, hər dəfə müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınır və bu da, onun bir tələbkar kimi mənafeyinə ziddir. Buna görə də Şəxs barəsində ədalətli inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X13 bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(007)-2771/2021 saylı icra vərəqəsinə əsasən borclu tərəfindən pul ödənilməmişdir. Hazırda borclunun 4500 manat borcu qalmışdır. Heç bir ödəniş etməmişdir. Şəxs barəsində ədalətli inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X3 bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(007)-971/2022 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 20365 manat tutularaq X2 verilməsi qərara alınmışdır. Borclu heç bir ödəniş etməmişdir. İcra sənədinin icra edilməsi tələb edir. Şəxs barəsində ədalətli inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X9 məhkəmədə bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 2(007)- 1952/2018 saylı icra vərəqəsinə əsasən, 12 mart 2013-cü il tarixli 1161 nömrəli kredit müqaviləsi üzrə 11.680,98 ABŞ Dolları əsas borc, 1818,0 ABŞ dolları faiz borcu, əldən çıxmış faydaya görə 1724,11 ABŞ Dolları olmaqla, cəmi 15.223,09 ABŞ Dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Şəxs Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətininin xeyrinə tutulması, tutmanın Şəxs məxsus olan və banka ipotekaya qoyulmuş ** DH *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200CDİ minik” markalı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracda satılaraq əldə edilən vəsait hesabına Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(007)-575/2021 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 6170 manat tutularaq X11 verilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(010)-545/2021 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 2040 manat tutularaq X8 verilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(007)-2771/2021 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 4500 manat tutularaq X10 verilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(007)-818/2022 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 384 manat tutularaq "xxxx" MMC-yə verilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(007)-595/2022 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 5686 manat tutularaq X14 verilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(007)-971/2022 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 20365 manat tutularaq X2 verilməsi qət edilmişdir. Borcluya dəflərlə icra sənədinin icra edilməsi tələb edilsə də borclu icra sənədini icra etməkdən qəsdən boyun qaçırmışdır. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tələbkarı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdığı vaxtdan, 25 iyul 2022-ci il, saat 16:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbslə tənbeh edilsin. Həbsetmənin əvvəli 25 iyul 2022-ci il, saat 16:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar