Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1717/2022 19.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1, tələbkarın nümayəndəsi X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2506/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, xx.xx.2006-cı il təvəllüdlü X13, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-4277/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməklə, Şəxs qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X13, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat olmaqla cəmi 462 manat alimentin tutularaq X5 verilməsi, Şəxs X3 xx.xx.2006-cı tarixdə doğulmuş X10 çəkilən əlavə xərclərə cəlb edilməklə ondan xx.xx.2018-ci il tarixdən başlayaraq əlavə xərclərə görə hər ay sabit pul məbləğində 50 manat pulun X4 xeyrinə tutulması qət edilmişdir. İnzibati işdə olan qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2506/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan bildirişdən görünür ki, icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədi üzrə yığılmış 5823 manat pulu ödəməkdən yayınmış və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X2 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2506/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Şəxs qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X13, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat olmaqla cəmi 462 manat alimentin tutularaq X5 verilməli, Şəxs X3 xx.xx.2006-cı tarixdə doğulmuş X10 çəkilən əlavə xərclərə cəlb edilməklə ondan xx.xx.2018-ci il tarixdən başlayaraq əlavə xərclərə görə hər ay sabit pul məbləğində 50 manat pulun X4 xeyrinə tutulmalıdır. Lakin, borclu icra sənədi üzrə yaranmış borc üzrə yalnız 2000 manat hissəsinə dair ödəniş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X9 izahatında bildirdi ki, borclu onlara dəfələrlə yaranmış borcun tam olaraq ödəyəcəyi barədə vədlər verməsinə baxmayaq, onun tərəfindən icra sənədi üzrə yaranmış borcun 2000 manatını ödənilmişdir. Odur ki, borclu barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2506/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən üzrə yaranmış 5823 manat aliment borcundan tələbkara 2000 manat ödəmiş etmişdir. Barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2506/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə yaranmış aliment borcundan müəyyən məbləğdə ödəniş etməsi onun icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1717/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1717/2022
19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver