Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1720/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Pashaev (Paşayev) Rasimin iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, Pashaev (Paşayev) Rasimin barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 2 (007) 1290/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Pashaev (Paşayev) Rasimdən 28 000 manat məbləğində borc alınaraq iddiaçı X1 ödənilməlidir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib olunmuş 26 iyul 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, cavabdeh Pashaev (Paşayev) Rasim Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 2 (007) 1290/2021 saylı icra vərəqəsi üzrə 26 000 manat məbləğində qalan borcunu iddiaçı X1 ödəməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X3 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 2 (007) 1290/2021 saylı icra vərəqəsinə əsasən, cavabdeh Pashaev (Paşayev) Rasimdən 28 000 manat məbləğində borc alınaraq iddiaçı X1 ödənilməlidir. Həmin icra vərəqəsi üzrə cavabdeh Pashaev (Paşayev) Rasim 26 000 manat məbləğində qalan borcu iddiaçı X1 ödəməmişdir. Faktla bağlı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında borclu Pashaev (Paşayev) Rasim izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 2 (007) 1290/2021 saylı icra vərəqəsinə əsasən, 28 000 manat məbləğində borcu iddiaçı X1 ödəməlidir. Həmin icra vərəqəsi üzrə qismən ödəniş etdiyindən iddiaçı X1 ödənilməmiş 26 000 manat məbləğində borcu qalmışdır. Hal hazırda isə iddiaçı X1 500 manat məblığində ödəniş etmiş və bu barədə müvafiq qəbzi məhkəməyə təqdim etmişdir. Odur ki, barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, Pashaev (Paşayev) Rasimin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati işə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixdə Pashaev (Paşayev) Rasim tərəfindən iddiaçı X1 500 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, Pashaev (Paşayev) Rasim tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 2 (007) 1290/2021 saylı icra vərəqəsi üzrə iddiaçı X1 müəyyən məbləğdə ödənişin edilməsi, icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Pashaev (Paşayev) Rasimin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Pashaev (Paşayev) Rasimin barəsində 26 iyul 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Pashaev (Paşayev) Rasimin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1720/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1720/2022
10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver