Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1727/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, X4 Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X7 yol patrul xidməti inspektoru polis serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tovuz rayonu, Əhmədabad Ərazi Dairəsi, Əhmədabad kəndində qeydiyyatda olan, Şəxs, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X7 yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib olunmuş 24 iyul 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 iyul 2022-ci il tarixdə, saat 02:05-də, idarə etdiyi “TOYOTA COROLLA” minik markalı ** NA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etməsinə görə Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 24 iyul 2022-ci il tarixdə, saat 02:05-də “TOYOTA COROLLA” minik markalı ** NA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində, “Siyaqut” şadlıq sarayının yaxınlığında olarkən, yol patrul xidməti tərəfindən saxlanılmış və tibbi müayinəyə dəvət olunmuşdur. O, tibbi müayinə edilməkdən imtina etmişdir. Belə ki, o, nəqliyyat vasitəsini idarə etməmişdir,avtomobil hərəkətsiz vəziyyətdə idi. O, sadəcə maşında əyləşmişdir. Əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X7 yol patrul xidməti inspektoru polis serjantı X2 izahatında göstərmişdir ki, 24 iyul 2022-ci il tarixdə, saat 01:00 radələrində Şəxs idarə etdiyi Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində, “Siyaqut” şadlıq sarayının yaxınlığında “TOYOTA COROLLA” minik markalı ** NA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yaxınlaşdıqıları zaman sürücüdən kəskin spirtli içki iyi gəldiyi aşkar edilmişdir. Daha sonra sürücü Şəxs barəsində sənədləşmə aparılmadan öncə o, tibbi müayinəyə dəvət olundu. Vətəndaş Şəxs tibbi müayinədən imtina etdiyinə görə faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən Azərbaycan Respublikasının DİN-nin ƏÇPA-nın 5-ci Polis Bölməsinin polis serjantı X3 izahatında göstərmişdir ki, 24 iyul 2022-ci il tarixdə, saat 00:40 radələrində 2457 çağırışlı avtopatrulla Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində, “Siyaqut” şadlıq sarayının yaxınlığında “TOYOTA COROLLA” minik markalı ** NA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən vətəndaş Şəxs avtomobilin işıqılarını yandıraraq polis əməkdaşlarının üzərinə sürdüyü üçün dərhal ona yaxılaşaraq, özlərini təqdim edərək bunun səbəbini soruşmuşlar. O isə qeyri-adekvat cavablar vermiş və özünü spirtli içki qəbul etmiş kimi hiss etdirdiyi üçün bu barədə dərhal efir vasitəsilə ərazidə xidmət aparan 279 çağırışlı YPX-nə məlumat vermişlər. YPX əməkdaşları çağırışdan sonra dərhal hadisə yerinə yaxınlaşmışlar. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 24 iyul 2022-ci il tarixli, 2/24575 saylı rəydən görünür ki, Şəxs sərxoşluq vəziyyətinin yoxlanılmasından imtina edilmişdir. İş materiallarında olan AE seriyalı, 322850 saylı sürücülük vəsiqəsindən görünür ki, Şəxs 10 il müddətinə sürücülük vəsiqəsi verilmişdir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Məhkəmə zamanı inzibati işə əlavə olunmuş CD diskə keçirilmiş baxış zamanı Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. AE seriyalı, 322850 saylı sürücülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1727/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1727/2022
10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver