Məhkəmə qərarları › İş №3(007)-1728/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1728/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1728/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 41, mənzil 39-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 29 fevral 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki 16 noyabr 2023-cü il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun sürücülük vəsiqəsi vardır, lakin nə mülkiyyətində, nə də istifadəsində heç vaxt nəqliyyat vasitəsi olmamışdır. Yol hərəkəti qaydaları əleyhinə xəta törətməsi və buna görə cərimə olunması barədə qərarın mövcud olmasından xəbərsiz olmuşdur. Yalnız məhkəmənin çağırışı əsasında gələrək iş materialları ilə tanış olduqda bu barədə bilmişdir. Onun adında olan nəqliyyat vasitəsi kimi göstərilmiş “Toyota Prius (Hibrid) minik” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona aidiyyəti yoxdur, həmin etibarnamə ilə bağlı adına etibarnamə verilməmiş, o da kiməsə belə etibarnamə verməmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan 16 noyabr 2023-cü il tarixli, EQ seriyalı, 18081792 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs 16 noyabr 2023-cü il tarixdə saat 09:25-də “Toyota Prius (Hibrid) minik” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 40 manat məbləğində cərimə edilmişdir. Şəxs izahatında göstərilənlərlə bağlı “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yoxlama zamanı həmin şəxsin mülkiyyətində, istifadəsində və sərəncamında yol nəqliyyat vasitələri, eləcə də nəqliyyat vasitələrinin müvafiq səlahiyyətlərlə başqa şəxsin istifadəsində və sərəncamına verilməsi ilə bağlı notariat qaydada təsdiqlənmiş akt, etibarnamə aşkar edilməmişdir. Göründüyü kimi, Şəxs inzibati qaydada tənbeh edilməsinə əsas olmuş elektron qərarda qeyd olunan həmin şəxsin mülkiyyətində, istifadəsində və sərəncamında olması öz təsdiqini tapmamışdır, onun “Toyota Prius (Hibrid) minik” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə 16 noyabr 2023-cü il tarixdə saat 09:25-də inzibati xətanı törətməsi şübhə altına düşmüşdür. Hansı ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin imperativ tələbinə görə, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübutetmə vəzifəsi bilavasitə inzibati orqanın üzərindədir. Beləliklə, məhkəmə hesab edir ki, təqdim olunmuş sübutlar əsasında məhkəmə iclasında ətraflı araşdırma aparılaraq yekun nəticəyə gəlinməsi mümkün olmadığına görə, inzibati xəta haqqında material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 29 fevral 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar