Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-173/2022 14.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin sahə inspektoru X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli,fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin təhqiqatçısı polis mayoru Rəşad Məmmədov tərəfindən qəbul edilmiş 13 yanvar 2022-ci il tarixli qərardan görünür ki, 12.01.2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən 41 saylı mağazanın qarşısında olan 200 manat dəyərində piyvə süzmək üçün nəzərdə tutulmuş avadanlığı soyuducu qurğu ilə birgə oğurlanması faktı üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin sahə inspektoru X4 tərəfindən Şəxs barəsində 13.01.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə iclasnda Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin sahə inspektoru X4 izahatında göstərmişdir ki, Şəxs 12.01.2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən 41 saylı mağazanın qarşısında olan 200 manat dəyərində piyvə süzmək üçün nəzərdə tutulmuş avadanlığı soyuducu qurğu ilə birgə oğurlamaqla Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tərtbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi 1 saylı ünvanda yerləşən 41 saylı mağazanı işlətdiyini, mağazanın qarşısında yay aylarında piyvə satmaq üçün avadanlığının olduğunu, 12 yanvar 2022-ci ildə, saat 10 radələrində mağazaya gələn zaman mağazanın qarşısında olan avadanlığın olmadığını gördüyünü və təhlükəsizlik kameralarına baxan zaman həmin avadanlığın naməlum şəxs tərəfindən oğurlandığını aşkar etdiyini və hadisə zamanı ona 200 manat maddi ziyan dəymişdir. Ona dəymiş 200 manat məbləğində maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, o, bu oğurluğu maddi imkanı olmadığından törətmiş və əməlindən peşmandır.O, zərərçəkmiş şəxs X3 dəymiş olduğu 200 manat məbləğində maddi ziyanı birdəfəlik ödəyə bilməsə də, ona ödəniş edə bilməsi üçün müəyyən vaxt verilməsini və barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halllar müəyyən etmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 yanvar 2022-ci il, saat 23:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 03 (üç) ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 13 yanvar 2022-ci il, saat 23:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-173/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-173/2022
14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver