Məhkəmə qərarları › İş №3(007)-1737/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1737/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1737/2022 23.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, X8 Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 nümayəndəsi və vəkili Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, X4 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN № 06467758 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş X7 sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci madəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. X2 şikayət verərək, barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN № 06467758 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur və “Boranı” restoranında fəaliyyət göstərən işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirmişdir. Belə ki, Qala Həyat Sığorta Şirkəti tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli 0183-22 nömrəli məktuba əsasən, xx.xx.2021-ci il tarixli QH********** saylı sığorta müqaviləsində göstərilən şəxslərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından "xxxx" Sığorta Şirkəti ASC tərəfindən sığorta təminatı verilmişdir. Məhkəmə iclasında X7 şikayətə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 Xidmətinin nümayəndəsi izahat verərək göstərmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan X7 işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci madəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti təqdim olunmuş sənədlərlə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, X4 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim olunmuş sənədlərdən görünür ki, "xxxx" Sığorta Şirkəti ASC ilə X7 arasında xx.xx.2021-ci il tarixdə **********82 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmış və həmin Müqaviləyə edilmiş əlavəyə əsasən 118 nəfər şəxs sığorta olunmuşdur. İnzibati işə əlavə olunmuş və "xxxx" Sığorta Şirkəti tərəfindən X6 ünvanlanmış 18 iyul 2022-ci il tarixli 0183-22 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixli sığorta müqaviləsində göstərilən şəxslərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından "xxxx" Sığorta Şirkəti ASC tərəfindən sığorta təminatı verilmişdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 3.1.1-ci maddəsinə əsasən, hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Həmin Qanunun 4.0.3-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu Qanuna əsasən icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar. Həmin Qanunun 23-cü maddəsinə əsasən, bu Qanunun pozulmasına görə sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Göründüyü kimi, X7 tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada "xxxx" Sığorta Şirkəti ASC ilə xx.xx.2021-ci il tarixdə işçilərin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”sı haqqında müqavilə bağlanmışdır. Odur ki, inzibati xəta hadisəsi olmadığı halda X4 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci madəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilməsi haqqında xx.xx.2021-ci il tarixli MN № 06467758 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericliyin tələblərini nəzərə alaraq hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci madəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN № 06467758 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci madəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2021-ci il tarixli MN № 06467758 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunsun və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar