Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1737/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X3 iclas katibliyi, X1 və qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə1 iştirakları ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək Bakı şəhər BPİ DYPİ-nin tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024 - cü ildə Nizami Rayonu ərazisində idarə etdiyim CHEVROLET CRİJZE markalı, **-ML-*** qeydiyyat nömrə nişanlı avtomobili **-YP-*** YPX avtomaşını tərəfindən saxlanılmışdım. Xidmətdə aparan inspektor mənə heç bir qanuni izah etmədən avtomobili duracağa yerləşdirmişdir. Duracaqda ona protokol və ya akt təqdim edilməmişdir. Mənə BŞDYPİ- də 30-cu otağa yaxınlaşmağı bildirmişdir. Bir neçə dəfə yaxınlaşmağına baxmayaraq avtomobilin duracaqdan buraxılması barədə alon təqdim edilməmişdir. Bununla bağlı 102 qaynar xəttinə şikayət etmişdir. xx.xx.2024-cü ildə 30-cu otaqda xidmət aparan polis mayoru Arzuman Arzumanlı 48 saat keçməsinə baxmayaraq ona köhnə tarixli yəni xx.xx.2024- cü il tarixində İXP6119799 saylı protokol tərtib etmişdir. Avtomobili heç bir xüsusi texniki vasitə ilə yoxlanışdan keçirməmiş müayinə akti tələb etmişdir. BŞDYPİ-nin inspektoru A. Arzumanlı avtomobili görmədən ön işıq cihazlarının qanunsuz olduğunu bildirmişdir. Halbuki YHQ-nun 83 maddə 3-cü bəndinə əsasən bu yol verilməzdir. Qeyd etmək istəyirəm ki, avtomobilimin artıq istehsalı dayandırılıb. Qeyd olunanlara əsaslanaraq İXP ******* saylı protokol və 19 mart 2024-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə ieraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş X2 çıxış edərək bildirdi ki, idarə etdiyi «Chevrolet Cruze» markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön fənər işıqlarına led işıq quraşdırmasının səbəbi nəqliyyat vasitəsinin artıq istehsaldan çıxması olmuşdur. Qeyd olunanları nəzərə alaraq şikayətin təmin olunmasını və qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə1 çıxış edərək bildirdi ki, X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilmişdir. Belə ki, həmin avtomobilin fənər işıqları sarı olmalı olduğu halda, şəxs həmin işıqları led işıqlarla əvəz etmiş, və qeyd olunan hal da qanunla qadağan olunmuşdur. “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsində konkret olaraq bu hal qeyd olunduğundan inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Həmçinin Avtoservis "xxxx" MMC tərəfindən AR-sı DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış arayışa əsasən mütəxəssislər tərəfindən aparılmış baxış zamanı Chevrolet Cruze markalı ** ML *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön fənər led işıqlarının sarı zavod işıqları ilə əvəz olunması müəyyən edilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 xx.xx.2024-cü il tarixdə saat 17:02 radələrində «Chevrolet Cruze» markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində nəqliyyat vasitəsinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdirr.Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2014-cü il buraxılışlı «Chevrolet Cruze» minik markalı avtomobillərin fənər işıqlarının zavod üsulu ilə istehsal olunmuş versiyasında sadə sarı işıqlar nəzərdə tutulmuşdur. Beləliklə, şikayətçi tərəfindən avtomobilə led işıqların quraşdırılması normativ tələblərin pozuntusu kimi qiymətləndirilməlidir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1737/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1737/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver