Məhkəmə qərarları › İş №3(007)-1740/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1740/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1740/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ M: 19 mart 2024-cü il tarixli, 00100-00657/24 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin adına Türkiyə Respublikasından 34BYA855/34BYA866 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə, **********9630 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, xx.xx.2023-cü il tarixli, G**********02842 nömrəli və xx.xx.2023-cü il tarixli G**********02839 nömrəli invoys sənədlərində qeyd edilən malların dəyərinin araşdırılması ilə bağlı Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə xx.xx.2023-cü il tarixli, 1400-011/0xx-xx/006509 nömrəli sorğu göndərilmişdir. H Həmin sorğuya cavab olaraq Komitənin xx.xx.2023-cü il tarixli, 3-33/2-021878/2023 saylı məktubu ilə Bakı Baş Gömrük İdarəsinə daxil olmuş Türkiyə Respublikasının Ticarət Nazirliyindən alınmış cavab məktubuna əlavə edilmiş sənədlərdə sözügedən malların ümumi dəyəri Şəxs MMC tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilən invoys sənədində göstəriləndən fərqli olaraq 30866,19 EUR və 17048.21 EUR deyil, 37738,33 EUR və 19961.91 EUR olaraq əks olunmuşdur. Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-33- 1100/013/003447 saylı raporta əsasən Şəxs MMC tərəfindən **********9630 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların ümumi dəyərinin 30866.19 Avro və 17048.21 Avro deyil, 37738.33 Avro və 19961.91 Avro olduğu təqdirdə əlavə olaraq 2689.50 manat idxal rüsumu, 3711.51 manat əlavə dəyər vergisi ödənişi yaranmışdır. Beləliklə də, Şəxs MMC- xx.xx.2023-cü il tarixli, **********9630 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 6400 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları ilə sübuta yetirilir. Şəxs MMC-nin nümayəndəsi X1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024cü il tarixliu köçürülmənin aparılması haqqında bildirişdən görünür ki, Şəxs MMC tərəfindən 3711.51 manat ƏDV ödənilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli, 40 nömrəli ödəniş tapşırığından görünür ki, 2689.50 manat gömrük idxal rüsumu Şəxs MMC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeyd hissəsinin ikinci bəndində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Şəxs tərəfindən ilk dəfə inzibati xətanın törədilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir, məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən hazırki inzibati xəta nəticəsində vurulmuş ziyan tamamilə ödədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıİXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar