Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1740/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 00100-00441/25 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasının rezidenti olan “X8 X5 Ltd”-dən **********04838 nömrəli dəmiryol nəqliyyatı vasitəsilə idxal olunan, brutto çəkisi 1768.4 kq, 37355.00 ABŞ dolları dəyərində yükə xx.xx.2024-cü il tarixində “**********05896" malın qeydiyyat kodu verilmiş və təyinat gömrük orqanı kimi “Abşeron” gömrük postuna yönləndirilmisdir. Hüquqi səxs tərəfindən həmin yükə dair xx.xx.2024-cü il tarixdə **********6775 sorğu nömrəli qısa idxal bəyannaməsi təqdim edilmiş, lakin gömrük rəsmiləşdirilməsi məqsədilə idxalatçı tərəfindən Bakı Baş Gömrük İdarəsinə gömrük bəyannaməsi təqdim edilməmişdir. 3-33-1100/012/001709 saylı, 17.01 2025-ci il tarixli raporta əsasən Şəxs MMC tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilən **********8895 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların invoys dəyəri 30146.32 ABŞ dolları deyil, 37355 ABŞ dolları olduğu təqdirdə əlavə olaraq ödənilməli olan gömrük ödənişləri idxal rüsumu üzrə 2063.82 manat, əlavə dəyər vergisi üzrə 2848.06 manat olmaqla ümumilikdə 4911,88 (dörd min doqquz yuz on bir manat səksən səkkiz qəpik) manat təşkil edir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X6 izahat verərək bildirmişdir ki, Şəxs MMC-nin əsas fəaliyyət istiqaməti elektronika məhsullarının idxalından, daha sonra həmin malların daxili bazarda topdan və ya pərakəndə satışını həyata keçirməkdən ibarətdir. Çin Xalq Respublikasında qeydiyyatda olan “X8 X5 LTD” şirkəti ilə bağlanılan ES-YUP22 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə əsasında həmin şirkətdən “led işıqlar” yükü sifariş verilmişdir. Sifariş verilən “led işıqlar” yükü “X8 X5 LTD” şirkətindən Şəxs MMC-nin ünvanına göndərilmişdir. Göndərilən “led işıqlar” yükü 34031756 nömrəli xx.xx.2024-cü il tarixli yol nəqliyyat qaiməsi üzrə xx.xx.2024-cü il tarixdə üzərində TCNU9537249 nömrəli konteyner olan 94311693 nömrəli vaqon ilə “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və həmin yüklər Bakı Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixdə ES-YUP23 nömrəli, xx.xx.2024-cü il tarixli invoys üzrə **********8895 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. ES-YUP22 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə elektron qaydada imzalanmışdır. Şəxs MMC tərəfindən **********8895 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “led işıqlar” yükünün invoys dəyəri 30146,32 ABŞ dolları olmuşdur və bu barədə “X8 X5 LTD” şirkətinə köçürməni təsdiq edən sənədlər də gömrük orqanına təqdim edilmişdir. Sifariş verilən “led işıqlar” yükü idxal olunmamışdan öncə həmin malların invoys dəyəri 37355 ABŞ dolları olmuşdur və ixracatçı tərəfindən 37355 ABŞ dolları qeyd olunan ES-YUP23 saylı xx.xx.2024-cü il tarixli invoys göndərilmiş və MMC tərəfindən həmin invoys və digər sənədlər broker şirkətinə göndərilmişdir ki, mallar gömrük ərazisinə daxil olmamışdan qabaq qısa idxal bəyannaməsi yazılsın. Həmin invoys üzrə də xx.xx.2024-cü il tarixdə **********6775 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib edilmiş və gömrük orqanına təqdim edilmişdir. Sonradan şifahi razılaşma əsasında “X8 X5 LTD” şirkəti göndərilən mallara endirim etmişdir və malların dəyəri 30146.32 ABŞ dolları olmuşdur. Onlara yenidən dəyəri 30146.32 ABŞ dolları qeyd olunan ES-YUP23 saylı xx.xx.2024-cü il tarixli invoys göndərilmişdir, həmin invoys və digər sənədlər broker şirkətinə göndərilmişdir ki, mallar gömrük ərazisinə daxil olmamışdan qabaq qısa idxal bəyannaməsi yazılsın və həmin invoys üzrə də xx.xx.2024-cü il tarixdə **********9597 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib edilmiş və gömrük orqanına təqdim edilmişdir. Buna görə də eyni mallara dair iki invoys olmuş və uyğunsuzluq olmuşdur. İki qısa idxal bəyannaməsinin tərtib olunmasında broker şirkətinin heç bir təqsiri yoxdur, çünki broker şirkəti müqavilə əsasında şirkətin ünvanına gətirilən mallar barəsində bəyannaməni tərtib edir. Şəxs MMC tərəfindən ixracatçı şirkətə həmin malların dəyəri üzrə qanuni köçürmə edilmişdir, yəni 30146.32 ABŞ dolları ixracatçı şirkətə köçürülmüşdür. Bu günədək şirkətlə bağlı hər-hansı bir hüquqpozma faktı olmamışdır. **********8895 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “led işıqlar” yükünün invoys dəyəri 37355 ABŞ dolları olduğu təqdirdə əlavə olaraq idxal rüsumu üzrə 2063.82 manat, əlavə dəyər vergisi üzrə 2848.06 manat gömrük ödənişləri ödənilmişdir. Məhkəmədən Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, qeyd edilən məbləğin hamısı, eləcə də əlavə olaraq 1000 manatdan artıq pul ödənilmişdir. Sadəcə invoysda fərq olduğuna görə ödəniş edilməmiş kimi görsənmişdir. Məhkəmədən Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, 3-33-1100/019/029507 nömrəli raportdan görünür ki, “Yupiter-1" MMC-nin ünvanına Çin Xalq Respublikasının rezidenti olan “X8 X5 Ltd”-dən **********04838 nömrəli dəmiryol nəqliyyatı vasitəsilə idxal olunan, brutto çəkisi 1768.4 kq, 37355.00 ABŞ dolları dəyərində yükə xx.xx.2024-cü il tarixində “**********05896” malın qeydiyyat kodu verilmiş və təyinat gömrük orqanı kimi “Abşeron” gömrük postuna yönləndirilmişdir. Hüquqi şəxs tərəfindən həmin yükə dair xx.xx.2024-cü il tarixdə **********6775 sorğu nömrəli qısa idxal bəyannaməsi təqdim edilmiş, lakin gömrük rəsmiləşdirilməsi məqsədilə idxalatçı tərəfindən Bakı Baş Gömrük İdarəsinə gömrük bəyannaməsi təqdim edilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, yüklərin daşındığı TCNU9537249 nömrəli konteynerdə sözügedən ixracatçıdan eyni nömrəli invoysla göndərilən, lakin faktura dəyəri 30146.32 ABŞ dolları olan eyni adlı, eyni miqdarlı yükə “**********05900” malın qeydiyyat kodu verilmiş, xx.xx.2024-cü il tarixdə **********9594 sorğu nömrəli qısa idxal bəyannaməsi təqdim edilmiş və həmin yükün **********8895 sorğu nömrəli gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. - xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, “YUPİTER-1" MMC xx.xx.2024-cü il tarixli, **********8895 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 2848,06 manat, 2063,82 manat və 1106,00 manat məbləğində ödənişlər etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə, MMC tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilən **********8895 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların invoys dəyərinin 30146.32 ABŞ dolları deyil, 37355 ABŞ dolları olduğu halda əlavə olaraq ödənilməli olan gömrük ödənişləri idxal rüsumu üzrə 2063.82 manat, əlavə dəyər vergisi üzrə 2848.06 manat olmaqla ümumilikdə 4911,88 manat gömrük ödənişini ödəməkdən yayınmaları əsas olmuşdur. Halbuki, müvafiq malların invoys dəyəri 37355 ABŞ dolları olmuş və ixracatçı tərəfindən 37355 ABŞ dolları qeyd olunan invoys göndərilmişdir. Lakin sonradan şifahi razılaşma əsasında müqavilə tərəfi olan şirkət tərəfindən göndərilən mallarda endirim edilmiş və malların dəyəri 30146.32 ABŞ dolları olmaqla yenidən 30146.32 ABŞ dolları dəyərində mal üçün invoys göndərilmişdir. Buna baxmayaraq, Şəxs tərəfindən 30146.32 ABŞ dolları dəyərində mal üçün idxal rüsumu üzrə 2063.82 manat, əlavə dəyər vergisi üzrə 2848.06 manat gömrük ödənişləri xx.xx.2025-ci il tarixli ödəniş qəbzləri əsasında ödənilmişdir. Lakin bundan sonra hər hansı hüquqi əsaslar olmadan və zərurət olmadığı halda, xx.xx.2025-ci il tarixdə MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, İXM-nin 53.1.2-ci maddəsində müəyyən edilmiş tələblər, inzibati xəta haqqında protokolun tərtibini istisna edirdi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur və bu səbəbdən də onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1740/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1740/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver