Məhkəmə qərarları › İş №3(007)-1745/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1745/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1745/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və "xxxx" MMC-nin rəhbəri olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin rəhbəri olan Şəxs barəsində olan Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-214/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3559/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-892/2024-005 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5505/2024-025 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6230/2024-021 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7085/2024-026 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7877/2024-016 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bununla "xxxx" MMC-nin direktoru Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin icra məmuru Zaur Həmzəyev tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, may ayının 10-dan etibarən hesablarına ödənişlər olunacaq və bank hesabları üzərində inkasso olduğundan həmin məbləğlər borclar üçün tutulacaq. Həmçinin 2025-ci ilin mart ayında borcundan 10000 manat ödəniş etmişdir. Hazırda MMC müflis vəziyyətdədir, bununla əlaqədar olaraq icra vərəqəsində göstərilən borcun birdəfəlik ödənilməsi hazırda mümkün deyildir. Lakin borcun ödənilməsində yayınmır. Hazırda da 490 manat ödəniş etmişdir. Nizami Rayonu İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu "xxxx" MMC-nin direktoru Şəxs barəsində tərtib etdiyi protokolu müdafiə edir, borclu Şəxs barəsində olan icra sənədləri bir icraatda birləşdirilmişdir. Həmin icra sənədləri üzrə borclu borcundan2025-ci ilin mart ayında 10000 manat ödəniş etmişdir. Digər məbləğləri isə ödəməkdən yayınır, tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədinin icrası ilə bağlı borclunun banks hesabları üzərinə inkasso qoyulmuşdur. Həmin hesablara hər hansı ödəniş olunarsa borc üçün tutulacaqdır. Həmçinin borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, həmçinin Elektron İcra Sistemi vasitəsilə borclunun əmlak və maddi vəziyyəti yoxlanılmışdır. Digər hər hansı formada ondan göstərilən pulu tutmaq mümkün deyildir. İş materiallarında olan xx.xx.2025-ci tarixli qərara əsasən Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-214/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3559/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-892/2024-005 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5505/2024-025 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6230/2024-021 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7085/2024-026 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7877/2024-016 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Nizami rayonu icra şöbəsinin icraatında olan icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan “icraata başlamaq” haqqında qərarlardan görünür ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan “tələbin könüllü icrası” haqqında bildirişlərdən görünür ki, "xxxx" MMC-dən icra sənədlərində göstərilən tələbin 10 gün müddətində könüllü icrası tələb olunur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. "xxxx" MMC-nin direktoru Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1300 (bir min üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar