Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1747/2022 24.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi X1, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 iştirakı ilə, X3, xx.xx.1993-cü ildə Naxçıvan MR Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Bakı şəhər DYPİ polis baş leytenantı X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər DYPİ polis baş leytenantı X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində 150 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. xx.xx.2022-ci ildə X3 Bakı şəhər DYPİ polis baş leytenantı X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 göstərmişdir ki, o, inzibati xəta haqqında protokolla İXM-nin 342.2.2-ci maddəsi ilə tətbiq edilmiş cərimə razı deyildir. BMW 528İ minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ ilə ona X4 məxsusdur. AR Daxili İşlər Nazirliyi DYPİ-nin xx.xx.2022-cu il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə) törədildiyi bildirilmişdir. Qeyd edilən qərar rəsmi olaraq ona xx.xx.2022-ci il tarixində təqdim edilmişdir. Onun tərəfindən normativ tələblər pozulmaqla, heç bir avadanlıq quraşdırılmamış və ya dəyişdirilməmişdir. İdarə etdiyi avtomobildə heç bir konstruktiv dəyişiklik edilməmiş və bu gün də avtomobildə heç bir əlavə avadanlıq yoxdur. Qeyd edilən qərarın çıxarılmasına səbəb ilə bu olmuşdur ki, avtomobilim **-YP-*** dövlət qeydiyyat nişanlı Yol patrul xidmətinin əməkdaşı tərəfindən əsassız yerə saxlanılmış və bunun səbəbini soruşduqda absurd olaraq guya avtoxuluqanlıq etdiyi bildirlmişdir. O, bunun absurd olduğunu və sübutları tələb etdikdə **- YP-*** dövlət qeydiyyat nişanlı Yol patrul xidmətinin əməkdaşı Bəybələdli Orxan tərəfindən polis etik davranış qaydalarına zidd sözlər və hərəkətlərlə qarşılaşmışdır. O, avtoxuliqanlıq etmədiyini bildiyi halda başqa metoda, guya normativ tələbləri pozduğunu və guya avadanlıq quraşdırdığını bildirmişdir. Ondan hansı əlavə avadanlıq quraşdırıldığını soruşduqda bu dəfə də onunla mübahisəyə başlamış və ona qarşı əl qol atmağa başlamışdır. Qanunu pozduğuna və etdiklərinin qanunsuz olduğunu bildikdən sonra daha da irəli gedərək guya ona qarşı itaətsizlik etdiyini bildirmiş və rütbəsini çıraraq atmışdır. Guya ki, bunu o, etmişdir. Halbuki bu böhdandan və polis əməkdaşına yaraşmayan hərəkətdir. YPX inspektoru onun avtomobilini saxlayan zaman avtomobilində quraşdırılmış videokamera işlək vəziyyətdə olmalı idi və əgər onun tərəfindən qanun pozuntusuna yol verilmişdişdirsə o bunu videokamera vasitəsilə qeydə almalı idi. Eyni zamanda əgər onun avtomobilində əlavə avadanlıq quraşdırılmış olsaydı YPX inspektoru bunu fotoşəkil və ya videogörüntü kimi qeydə almalı idi. Lakin təbii ki, onun avtomobilində əlavə avadanlıq quraşdırlmadığından bu cür fotoşəkillərin və ya videogörüntünün təqdim edilməsi də qeyri mümkündür. Qeyd edilənləri nəzərə alaraq, hesab etmişdir ki, barəsində çıxarılmış AR Daxili İşlər Nazirliyi DYPİ-nin xx.xx.2022-cu il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, onun hərəkətlərində heç bir inzibati xətanın tərkibi yoxdur. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhər DYPİ polis baş leytenantı X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ polis leytenantı X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində 150 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, YPX inspektoru tərəfindən birbaşa inzibati tənbeh vermə haqqında qərar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin edilmədən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, X5 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərarda nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblərin pozulması göstərilsə də, bunun subutu kimi istinad olunan hallar göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ polis leytenantı X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ polis leytenantı X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Haki Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1747/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1747/2022
24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver