Məhkəmə qərarları › İş №3(007)-1749/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1749/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1749/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:00 radələrində idarə etdiyi “Vaz2121 Niva” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsinin kəsişməsində “Stop” yol nişanını gözləmədən yol ayrıcına daxil olmuş və “Honda İnsight” minik, **-UO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “Honda İnsight” minik, **-UO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Zərərçəkmiş şəxs1 yüngül zərər vurmaya aid xəsarət almışdır. Bununla da o, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Nizami RPİ təhqiqat şöbəsinin təhqiqatçısı X3 xx.xx.2025-ci il tarixli qərarı əsasında tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 02:00 radələrində idarə etdiyi “Vaz2121 Niva” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsinin kəsişməsində “Stop” yol nişanını gözləmədən yol ayrıcına daxil olmuş və “Honda İnsight” minik, **-UO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “Honda İnsight” minik, **-UO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Zərərçəkmiş şəxs1 xəsarət almışdır. Qəza onun təqsiri üzündən baş vermişdir. Zərərçəkmiş şəxsə çox ziyan dəyməmiş, həmin ziyan tərəfindən ödənilməmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında bildirdi ki, inizbati xəta törətmiş şəxsdən şikayətçidir. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 02:00 radələrində şəxs idarə etdiyi “Vaz2121 Niva” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsinin kəsişməsində “Stop” yol nişanını gözləmədən yol ayrıcına daxil olmuş və “Honda İnsight” minik, **-UO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Həmin maşın taksi olmuş, o isə maşında sərnişin olmuşdur. Hadisə nəticəsində xasarət almış, ona 380 manat maddi ziyan dəymiş, həmin ziyan isə Şəxs tərəfindən ödənilməmişdir. Hətta dəfələrlə Sücayətə özü zəng vurmuş, atası ilə danışmış, ancaq nəticəsi olmamışdır. Hal-hazırda ona dəymiş zərərin ödənilmədiyini, şəxsdən şikayətçi olduğunu bildirdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 154 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 başın sağ təpə nahiyəsinin şişkinlik halında əzilməsi, sol diz oynağı nahiyəsinin hərəkət məhdudluğu ilə müçayiət olunan şişkinlik halında əzilməsi fonunda sıyrığı və qançırı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli, 154 saylı ekspert rəyi, Nizami RPİ təhqiqat şöbəsinin təhqiqatçısı X3 xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla və şəxsin özünün etirafedici ifadəsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə digər məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qəribov X2 Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay (altı ay) müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar