Məhkəmə qərarları › İş №3(007)-1754/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1754/2022

02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1754/2022 02.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, tələbkarın nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X2 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-4484/2021 saylı 13 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Şaqan massivində yerləşən yeni sahə 2 torpaq sahəsində inşa olunmuş 4 otaqlı yaşayış evinin dəyərinin ½ hissəsi, yəni 62650 manatı cavabdeh Şəxs tərəfindən iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Birgə nigah dövründə əldə edilmiş qiyməti 600 manat olan qaz sobası “Elenberg” makalı, qiyməti 500 manat olan aspirator “Elenberg” markalı, qiyməti 2000 manat olan soyuducu “Toshiba” markalı, qiyməti 800 manat olan duxovka soba “Elenberg” markalı, qiyməti 800 manat olan paltar yuyan maşın “Bosch” markalı, qiyməti 2500 manat olan 2 ədəd kondisioner, qiyməti 2000 manat olan kombi “Baymak” markalı, qiyməti 3000 manat olan mətbəx mebeli və qiyməti 800 manat olan Luminarc markalı mətbəx dəsti Şəxs saxlanılmalıdır. Birgə nigah dövründə əldə edilmiş qiyməti 500 manat olan “Sony” markalı TV, qiyməti 1500 manat olan qab yuyan “Bosch” markalı, qiyməti 200 manat olan ütü “Tefal” markalı, qiyməti 500 manat olan tozsoran “Philips” markalı, qiyməti 600 manat olan müxtəlif mətbəx avadanlıqları (Mikser, ət çəkən maşın, blender), qiyməti 4000 manat olan Auratic markalı çin farforu 12 person servis, qiyməti 1000 manat olan Villeroy və Boch markalı qaşıq çəngəl dəsti, qiyməti 1000 manat olan Karaca korkmaz markalı qazan və tava dəsti, qiyməti 1000 manat olan Villeroy və Boch markalı bokal və vazlar, qiyməti 1000 manat olan mətbəxdə istifadə üçün nəzərdə tutulmuş fərqli əşyalar (bıçaqlar, sürtgəclər və s.) Bergfohh və gipfell markalı, qiyməti 800 manat olan yataq dəstləri (tekdtil) İtaliya və Türkiyə istehsalı 89 dəst, qiyməti 800 manat olan yorğan və yastıqlar “Tac” markalı Türkiyə istehsalı, qiyməti 1000 manat olan dəsmal dəstləri, qiyməti 2000 manat olan yataq mebeli (yataq, 2 ədəd tumba, termo) Kilim Türkiyə istehsalı, qiyməti 2200 manat olan uşaq mebeli (dolab, kitab rəfi, termo, yataq) bu mümkün olmadıqda onların dəyəri Şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2(004)- 1097/2019 saylı icra vərəqəsinə əsasən, Şəxs xx.xx.2029-cu il tarixdən hesablanmaqla, X3 və X5 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir.Şəxs xx.xx.2029-cu il tarixdən hesablanmaqla, X7 üç yaşına çatana kimi, hər ay 100 manat məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs ödənilməlidir Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və məhkəmə qətnaməsini icra etməməkdə özünü təqsirli bilərək, bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2(004)-1097/2019 saylı və Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-4484/2021 saylı 13 sentyabr 2021-ci il tarixli icra vərəqələri üzrə borcunu ödəməkdən yayınmır, sadəcə olaraq maddi durumu ağır olduğundan borcundan birdəfəlik ödənişlər edə bilmir. Belə ki, o, borcundan 2000 manat ödəniş edə bilər, lakin bu barədə tələbkarla hal-hazırdakı tarixədək aralarında razılıq əldə edilə bilməmişdir. Sonda Şəxs göstərilənləri nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X4 bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2(004)-1097/2019 saylı və Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-4484/2021 saylı 13 sentyabr 2021-ci il tarixli icra sənədləri üzrə borclu tərəfindən ödənilməmiş borcu vardır. Şəxs müxtəlif bəhanələr gətirərək icra sənədi üzrə borcunu ödəməkdən yayınır və bu da, onun bir tələbkar kimi mənafeyinə ziddir. İcra sənədi üzrə tələbin bir dəfəlik ödənilməsini tələb edir. Buna görə də Zərərçəkmiş şəxs nümayəndəsi X4 borclu Şəxs barəsində ədalətli inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2(004)- 1097/2019 saylı və Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-4484/2021 saylı 13 sentyabr 2021-ci il tarixli icra sənədləri şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. Borclu Şəxs bu günədək yaranmış borcunu ödəməsi tələb olunduqda, o, borcunu tam olaraq nə vaxt ödəyəcəyini bilmədiyini bildirmişdir. Şəxs əmlak vəziyyəti yoxlanılmış, adına hər hansı daşınmaz əmlak, bank hesabları və ya nəqliyyat vasitəsi aşkar edilməmişdir. Beləliklə, Şəxs yaranmış borcunu ödəməsi tələb olunsa da, o, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tələbkarı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun vəkili, tələbkarın nümayəndəsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdığı vaxtdan, yəni 02 avqust 2022-ci il, saat 14:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbslə tənbeh edilsin. Həbsetmənin əvvəli 02 avqust 2022-ci il, saat 14:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar