Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1756/2023 10.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1 iştirakı ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən xx.xx.2023-cü il tarixdə saat təxminən 15:00 radələrində Şəxs etibarnamə ilə idarə etdiyi “Hyundai-Getz” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçilər metrostansiyası istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Q.Qarayev metrostansiyası istiqamətinə doğru hərəkətdə olarkən yolu sağdan sola keçən xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs 10-15 metr məsafədən görsə də, ehtiyatsızlıqdan vurmuş, nəticədə Zərərçəkmiş şəxs yerə yıxılaraq xəsarət almış, sürücü onu avtomobilə mindirib xəstəxanaya aparmışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YNH inspektoru, polis kapitanı M.S.Manafov tərəfindən xx.xx.2023-cü il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 15:00 radələrində o, 30-40 km/saat sürətlə idarə etdiyi “Hyundai-Getz” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçilər metrostansiyası istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Q.Qarayev metrostansiyası istiqamətinə doğru soldan birinci hərəkət zolağı ilə hərəkət edən zaman “Kontakt Home” mağazasını keçdikdən sonra yolun Nəsimi küçəsi ilə kəsişməsinə çatmamış hissəsində yolu sağdan sola iti addımlarla keçən piyadanı təxminən 10-15 metr məsafədən görüb avtomobili saxlamaq istəsə də, həmin piyadanı avtomobilin qabaq hissəsi ilə vurmuşdur. O, dərhal avtomobili saxlayaraq avtomobildən düşüb həmin azyaşlı piyadaya yaxınlaşmış və onu avtomobilinə mindirib Sabunçu xəstəxanasına aparmışdır. Həmin şəxs orada müayinə olunduqdan sonra onu yaşadığı evə gətirib valideynlərinə təhvil vermişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 15:00 radələrində o, hazırlığa getmək üçün Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektinin bir tərəfindən digər tərəfinə keçən zaman “Hyundai-Getz” markalı avtomobil qabaq hissəsi ilə onu ehtiyatsızlıqdan vurmuşdur. Nəticədə o yerə yıxılıb xəsarət almışdır. Həmin avtomobilin sürücüsü avtomobili saxlayıb ona yaxınlaşmış və onu avtomobilinə əyləşdirib xəstəxanaya aparmışdır. Orada müayinə olunduqdan sonra onu yaşadığı evə gətirib anasına təhvil vermişdir. Ona dəymiş ziyan ödənilmişdir. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də olmayacaqdır. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2/3542 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:45-də müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 xx.xx.2023-cü il tarixli, 148 saylı rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər-üst dodağın sağ yarısının selikli qişasının qansızması, alt çənənin ön səthinin sıyrığı, burnun şişkinlik halında əzilməsi və burun belinin qançırı, alnın sağ yarısının ön səthinin şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/479 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim edilən məlumatlara əsasən “Hyundai-Getz” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - AF seriyalı, 015516 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2018-ci il tarixdə xx.xx.2028-ci il tarixədək etibarlı olan “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 15:00 radələrində idarə etdiyi “Hyundai- Getz” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçilər metrostansiyası istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Q.Qarayev metrostansiyası istiqamətinə doğru hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq piyada Zərərçəkmiş şəxs vurması və nəticədə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməsi proses iştirakçılarının izahatı, ekspert rəyləri və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini, əməlindən peşman olmasını, dəymiş ziyanı ödəməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1756/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1756/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver