Məhkəmə qərarları › İş №3(007)-1762/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1762/2021

05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1762/2021 05.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan protest vermiş Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokurorun köməkçisi vəzifəsi üzrə stajor X4, qərarı barəsində protest verilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Nizami rayon prokurorunun Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 19 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından protestinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 19 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından protest verilmişdir. Protest onunla əsaslandırılmışdır ki, 21.06.2021-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-dən rayon prokurorluğuna X6 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş “döymə” inzibati xətası ilə məsuliyyətə cəlb edilməsi haqqında material daxil olmuşdur. Material öyrənilən zaman müəyyən edilmişdir ki, X6 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə əsas sonuncu tərəfindən 20.05.2021-ci il tarixdə saat 11 radələrində Nizami rayonu, C.ünvan 1 ünvanında yerləşən ərazidə X3 baldırın ön səthinin sıyırıqları olan dərəcələri təyin edilməyən xəsarətləri yetirməsi faktı olmuşdur. Həmin fakt Bakı şəhəri Nizami RPİnin 24-cü PŞ-nin təhqiqatçısı Fərid Zeynallı tərəfindən qəbul edilən 30.05.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarla təsdiqini tapmışdır. X11 və qeyrisinin xəsarət alması ilə əlaqədar 24-cü PŞ-nin təhqiqatçısı Fərid Zeynallı tərəfindən toplanılmış material rayon prokurorluğunda öyrənilən zaman müəyyən edilmişdir ki, material üzrə şəxslərin əməlində cinayətin əlamətlərini özündə ehtiva edən hallar tam, hərtərəfli və obyektiv araşdırılmayaraq qanunsuz və əsassız olaraq cinayət işinin başlanılmasmm rədd edilməsi haqqında 30.05.2021-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərar 25.06.2021-ci il tarixdə tərəfindən ləğv edilərək araşdırma aparılması üçün materialla birlikdə rayon prokurorluğunun aidiyyəti əməkdaşına həvalə edilmişdir. X2 da xəsarət aldığı material üzrə Nizami rayon prokurorluğunda araşdırma aparılır. X1 inzibati məsuliyyətdən daha ağır cinayət məsuliyyətinə cəlb edilmə ehtimalının olmasını və bir şəxs barəsində eyni fakta görə 2 qərarın olmasının yolverilməzliyini nəzərə alaraq 24-cü PŞ-nin rəisi Seymur Qarayev tərəfindən X12 barəsində qəbul edilmiş 19.06.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməlidir. Bakı şəhəri Nizami RPİ-nin 24cü PŞ-nin rəisi Seymur Qarayev tərəfindən X12 barəsində qəbul edilmiş 19.06.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında qərardan protest vermiş Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokurorun köməkçisi vəzifəsi üzrə stajor X13 protestin dəlillərini müdafiə edərək, protestin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində protest verilmiş Bakı şəhəri Nizami RPİ-nin 24cü PŞ-nin nümayəndəsi X14 protest üzrə hər hansı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, mübahisələndirilən qərar maraqlarına toxunan X12 və X11 məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, protesti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, protest təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı Fərid Zeynallı tərəfindən qəbul olunmuş 30 may 2021-ci il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından material üzrə həmin maddə ilə cinayət təqibi üzrə icraatın başlanılması rədd edilmiş, X12 və X7 barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tədbirinin görülməsi məqsədilə qərarın surəti PŞ-nin əməkdaşına həvalə olunmuşdur; -Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi X16 tərəfindən qəbul olunmuş 19 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X9 döyərək ona qəsdən fiziki ağrı yetirdiyinə görə, X12 Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir; -Bakı şəhəri Nizami rayon prokurorunun 25 iyun 2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı Fərid Zeynallı tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 may 2021-ci il tarixli qərar əsassız olduğundan ləğv edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, 20 may 2021-ci il tarixdə saat 11:19da X11 DİN-nin 102 xidmətinə zəng edərək 2 nəfər şəxs tərəfindən döyülməsi və təhqir edilməsi barədə məlumat vermişdir. Bundan başqa həmin tarixdə saat 10:34-də X12 DİNnin 102 xidmətinə zəng edərək münaqişə olması barədə məlumat vermişdir. 20 may 2021ci il tarixdə 25 saylı poliklinikanın həkimi Xəlilov 25-ci PŞ-nə zəng edərək X6 Bakı şəhəri, Nizami rayonu, ünvan 1-də sağ əlinin əzilməsi barədə məlumat vermişdir. 20 may 2021-ci il tarixdə X11 24-cü PŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə öz qarajını bərpa etmək istəyərkən Lətif adlı şəxs tərəfindən döyülərək ona xəsarət yetirildiyini, eyni zamanda həmin vaxt Şahvələd adlı şəxs tərəfindən də nalayiq ifadələr işlədildiyini bildirmişdir. Araşdırma zamanı alınmış məhkəmə-tibb ekspertizasının 22 may 2021-ci il tarixli 395 nömrəli rəyinə əsasən X7 bədənində sağ baldırın ön səthinin sıyırıqları xəsarətləri olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər. Ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmətibb ekspertizasının 25 amy 2021-ci il tarixli 403 nömrəli rəyinə əsasən X6 bədənində sağ əlin arxa səthin şişkinlik halında əzilməsi və sıyırığı xəsarətləri olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər. Ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. 24-cü PŞ-nin təhqiqatçısı Fərid Zeynallı toplanmış materialda cinayət tərkibinin əlamətlərinin olmaması qənaətinə gələrək 30 may 2021-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Material Bakı şəhəri Nizami rayon prokurorluğunda öyrənilərkən müəyyən edilmişdir ki, təhqiqatçı Fərid Zeynallı tərəfindən qanunsuz və əsassız olaraq cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, baş vermiş hadisədə xuliqanlıq cinayətinin əlamətlərinin olmaması qənaətinə gəlməsi üçün işin halları kifayət qədər araşdırlmamışdır. Belə ki, toplanmış materiala “Ümüd” Qaraj Kooperativinə dair mülkiyyət hüququnu təsdiq edən “X10” və digər sənədlər əlavə edilməsinə baxmayaraq həmin sənədlərin mübahisənin baş verdiyi ərazidəki qarajlara aidiyyətinin olub-olmaması yoxlanılmamış, bunun üçün həmin kooperativin sədri X15 və “Nizami 11 Mənzil Mülkiyyətçilərinin Müştərək Çəmiyyəti”nin sədri X6 əlavə izahatları alınmamış, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin olub-olmamasını müəyyən etmək üçün “xuliqanlıq” cinayətinin əlamətlərini özündə ehtiva edən hallar araşdırılmamış, yəni izahatları alınan şəxslərə bu istiqamətdə suallar verilərək cavablar alınmamış, X7 təqdim etdiyi hadisənin görüntülərini özündə əks etdirən diskə ətraflı baxış keçirilməmişdir. Bundan başqa müəyyən edilmişdir ki, 24-cü PŞ-nin təhqiqatçısı Fərid Zeynallı tərəfindən mübahisənin baş verdiyi ərazidə yerləşən qarajların “Ümüd” qaraj koorparativinin balansında olduğu təqdirdə həmin kooperativin sədri olmaqla vəzifəli şəxs hesab edilən X11 tərəfindən Azərbaycan Respubliksı CM-nin 308.1-ci maddəsinə nəzərdə tutulan xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib-etməməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurubvurmaması müəyyən edilməmişdir. Bununla əlaqədar, Bakı şəhəri Nizami rayon prokurorunun 25 iyun 2021-ci il tarixli qərarı ilə təhqiqatçı Fərid Zeynallı tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 may 2021-ci il tarixli qərar əsassız olduğundan ləğv edilmiş, material araşdırma aparılması üçün Nizami rayon prokuroruğunun müstəntiq vəzifəsi üzrə stajoru Cavad Kürəbəyova həvalə edilmişdir. Bununla yanaşı X7 da xəsarət aldığı material üzrə Nizami rayon prokurorluğunda araşdırma aparılır. X1 inzibati məsuliyyətdən daha ağır cinayət məsuliyyətinə cəlb edilmə ehtimalının olması və bir şəxs barəsində eyni fakta görə iki qərarın olmasının yolverilməzliyi nəzərə alınaraq, 24-cü PŞ-nin rəisi Seymur Qarayev tərəfindən X12 barəsində qəbul edilmiş 19 iyun 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün prokuror protest vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 54.3-cü maddəsinə əsasən prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, təhqiqat zamanı işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilmədiyi, bunun nəticəsində araşdırma üzrə qəbul olunan qərar ləğv edildiyi, habelə, baş vermiş mübahisə üzrə daha ağır məsuliyyət nəzərdə tutulan cinayət işinin istintaqının aparılması nəzərə alınaraq, həmin hadisə üzrə qəbul edilmiş inzibati xəta haqqında qərar qüvvədə qala bilməz, qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami rayon prokurorunun protesti təmin edilməli, X6 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 300 manat cərimə edilməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi Seymur Qarayev tərəfindən qəbul olunmuş 19 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 54, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Protest təmin edilsin. X6 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 300 manat cərimə edilməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi Seymur Qarayev tərəfindən qəbul olunmuş 19 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar