Məhkəmə qərarları › İş №3(007)-1763/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1763/2021

05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1763/2021 05.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun stajor köməkçisi X5, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs – X6, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X18 oğlunun iştirakı ilə, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı S.F.Qarayev tərəfindən qəbul edilmiş 19.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayevin verdiyi protestə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı S.F.Qarayev tərəfindən qəbul edilmiş 19.06.2021-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan protest verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Protest onunla əsaslandırılmışdır ki, 21.06.2021-ci il tarixdə Bakı şəhəri Nizami RPİnin 24-cü PŞ-dən rayon prokurorluğuna X6 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş “Döymə” inzibati xətası ilə məsuliyyətə cəlb edilməsi haqqında material daxil olmuşdur. Material öyrənilən zaman müəyyən edilmişdir ki, X6 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə əsas sonuncu tərəfindən 20.05.2021-ci il tarixdə saat 11 radələrində Nizami rayonu, C.ünvan 1 ünvanında yerləşən ərazidə X4 əlin arxa səthinin şişkinlik halında əzilməsi və sıyrığı olan dərəcələri təyin edilməyən xəsarətləri yetirməsi faktı olmuşdur. Həmin fakt Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Fərid Zeynallı tərəfindən qəbul edilən 30.05.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarla təsdiqini tapmışdır. X10 və qeyrisinin xəsarət alması ilə əlaqədar Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Fərid Zeynallı tərəfindən toplanılmış material rayon prokurorluğunda öyrənilən zaman müəyyən edilmişdir ki, material üzrə şəxslərin əməlində cinayətin əlamətlərini özündə ehtiva edən hallar tam, hərtərəfli və obyektiv araşdırılmayaraq qanunsuz və əsassız olaraq cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 30.05.2021-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərar 25.06.2021-ci il tarixdə ləğv edilərək araşdırma aparılması üçün materialla birlikdə rayon prokurorluğunun aidiyyəti əməkdaşına həvalə edilmişdir. X2 da xəsarət aldığı material üzrə Nizami rayon prokurorluğunda araşdırma aparılır. X1 inzibati məsuliyyətdən daha ağır cinayət məsuliyyətinə cəlb edilmə ehtimalının olmasını və bir şəxs barəsində eyni fakta görə 2 qərarın olmasının yol verilməzliyini nəzərə alaraq Bakı şəhər, Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı S.F.Qarayev tərəfindən X6 barəsində qəbul edilmiş 19.06.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun stajor köməkçisi X11 protestin məzmununa uyğun izahat verərək məhkəmədən protestin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X12 izahatında bildirmişdir ki, icraatına X6 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tədbirinin görülməsi barədə Nizami RPİnin 24-cü PŞ-nin təhqiqatçısı F.Zeynallı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 30.05.2021-ci il tarixli qərar daxil olmuşdur. Material üzrə tərəfləri çağırıb izahatlarını almış və X6 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi tərəfindən X6 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında X13 Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin rəisi S.F.Qarayev tərəfindən qəbul edilmiş 19.06.2021-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, protesti və təqdim olunmuş materialları nəzərdən keçirərək, hesab edir ki, protest əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı F.Zeynallı tərəfindən qəbul edilmiş 30.05.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından material üzrə həmin maddə ilə cinayət təqibi üzrə icraatın başlanılması rədd edilmiş, X6 və X8 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tədbirinin görülməsi məqsədi ilə qərarın surəti PŞ-nin aidiyyəti əməkdaşına həvalə olunmuşdur. - Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru N.Ə.Şıxəliyev tərəfindən tərtib edilmiş 19.06.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X13 20.05.2021-ci il tarixdə Nizami rayonu, C.ünvan 1 ünvanında X10 ilə dava etmişlər. X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin rəisi S.F.Qarayev tərəfindən qəbul edilmiş 19.06.2021-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X13 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində cərimə edilmişdir. - Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən qəbul edilmiş 25.06.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı F.Zeynallı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 30.05.2021-ci il tarixli qərar əsassız olduğuna görə ləğv olunmuş, material araşdırma aparılması üçün Nizami rayon prokurorluğunun müstəntiq vəzifəsi üzrə stajoru Cavad Kürəbəyova həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə və həmin protokol əsasında 19.06.2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş cinayət işi başlanmasının rədd edilməsi barədə 30.05.2021-ci il tarixli qərar Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tərəfindən qəbul edilmiş 25.06.2021-ci il tarixli qərarla ləğv edilmiş və material üzrə araşdırma aparılması Nizami rayon prokurorluğunun müstəntiqinə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən verilmiş protest təmin edilməli, X6 barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı S.F.Qarayev tərəfindən qəbul edilmiş 19.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən verilmiş protest təmin edilsin. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı S.F.Qarayev tərəfindən qəbul edilmiş 19.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar