Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1766/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Aşurlu Mətanət İslam qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru polis kapitanı X2 tərəfindən tərtib edilmiş 16.06.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən qəbul edilmiş 19.05.2021-ci il tarixli sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində bu günə qədər (5 gün müddətində) məlumat təqdim etməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs MMC-nin barəsində tərtib edilmiş 16.06.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material baxılması üçün Bakı şəhəri Nizami rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə, iclasın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati orqanı və hüquqi şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibati orqanın və hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və təqdim olunmuş sənədləri araşdırıb hesab edir ki, Şəxs MMC-nin barəsində tərtib edilmiş 16.06.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs MMC-yə ünvanlanmış bildirişdən görünür ki, 19.05.2021-ci il tarixdə saat 17:31-də Şəxs MMC-nin mülkiyyətində olan “Fiat Doblo cargo Maxi” yük markalı ** JT *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Lökbatan qəsəbəsi 28 May küçəsi 17:20 də təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan poçt xəbərnaməsinin surətindən görünür ki, 19 may 2021-ci il tarixli sorğu 27 may 2021-ci il tarixdə Şəxs MMC-yə göndərilmiş və 27 may 2021-ci il tarixdə “Ş.Nərmin” tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin 31 may 2021-ci il tarixli 187 №-li məktubundan görünür ki, 27 may 2021-ci il tarixdə alınmış sorğu məktubuna cavab olaraq “Zeytun Pharmaceuticals» MMC-yə məxsus ** JT *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini 19.05.2021-ci il tarixdə sürücü X1 (sürücülük vəsiqəsi AC 855631) idarə etməsi barədə məlumat Nizami rayon Polis İdarəsinin Dövlət X6 göndərilmişdir. Göründüyü kimi, Şəxs MMC tərəfindən 27 may 2021-ci il tarixdə alınmış Nizami rayon Polis İdarəsinin Dövlət X5 müvafiq sorğusuna 31 may 2021-ci il tarixli 187 №-li məktubla qanunla müəyyən edilmiş qaydada və müddətdə cavab verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin dispozisiyasında, hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru polis kapitanı X2 tərəfindən tərtib edilmiş 16.06.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs MMC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin 16.06.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokolu üzrə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1766/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1766/2021
14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver