Məhkəmə qərarları › İş №3(007)-1769/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1769/2023

31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1769/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, Mustafayev Əşrəf Əli oğlunun katibliyi ilə, X2 Bakı şəhəri Nizami rayon Polis İdarəsininm 24-cü Polis Şöbəsinin 10 fevral 2023cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətinə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 Bakı şəhəri Nizami rayon Polis İdarəsininm 24-cü Polis Şöbəsinin 10 fevral 2023cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün ötürülmüş müddətin bərpası və həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, X4 barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin 10 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarını xx.xx.2023-cü il tarixdə əldə etmiş, lakin qardaşı X3 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, onun yas mərasimində iştirak etməsi ilə əlaqədar və emosionalpsixoloji baxımdan qərardan vaxtında şikayət verə bilməmişdir. Vəsatət vermiş tərəf məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinin 130.2 və 130.3-cü maddələrinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılması üçün lazım olan şəxslər çağırılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə şikayətçi X4 tərəfindən şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzürsüz səbəblərdən buraxılmış, belə ki, qardaşı vəfat edənə qədər X1 qədər vaxtı olmuş, həmçinin şikayəti də qardaşının vəfatından xeyli müddət sonra vermişdir. Əlavə olaraq, X4 xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə əldə etdiyini göstərsə də, bunu təsdiq edən hər hansı sübut iş materiallarına əlavə olunmamışdır. Ona görə də müddətin bərpasına dair şikayətçi X4 tərəfindən verilmiş vəsatət rədd edilməli və şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin 10 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətlə bağlı buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edilsin və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar