Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1769/2025 14.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 04 aprel 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən idxalatçı "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasından 77DO854/99ZG684 saylı nəqliyyat vasitəsi ilə ********** saylı xx.xx.2024-cü il tarixli invoys üzrə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********5541 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən yüklərə gömrük yoxlaması keçirilən zaman **********5541 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmayan hər birində 28 (iyirmi səkkiz) həb olmaqla 50 (əlli) qutuda 1400 (min dörd yüz) həb Cialis 5 mq, hər birində 30 (otuz) həb olmaqla 50 (əlli) qutuda 1500 (min beş yüz) həb Cialis 100 mq, hər birində 4 (dörd) həb olmaqla 50 (əlli) qutuda 200 (iki yüz) həb Cialis 20 mq, hər birində 4 (dörd) həb olmaqla 49 (qırx doqquz) qutuda 196 (yüz doxsan altı) həb Viagra 100 mq, hər birində 30 (otuz) həb olmaqla (əlli) qutuda 1500 (min beş yüz) həb Viagra 100 mq, hər birində 1 (bir) flakon olmaqla 48 (qırx səkkiz) qutuda Spanısh Fly 20 ml, hər birində 10 (on) kapsul olmaqla 9 (doqquz) qutuda və birində 6 (altı) kapsul olmaqla 10 (on) qutuda 96 (doxsan altı) kapsul Afrika Aslanı 3980 mq/capsul, 4 (dörd) qutuda 100 (yüz) ədəd Super Viga 150000 spray 11 (on bir) ədəd Bufalo power 150 ml, 100 (yüz) ədəd üzərində ticarət nişanı olmayan dərman vasitəsi aşkar edilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs tərəfindən gömrük orqanına bəyan edilməyən hər birində 1 (bir) flakon olmaqla 48 (qırx səkkiz) qutuda Spanısh Fly 20 ml, hər birində 10 (on) kapsul olmaqla 9 (doqquz) qutuda və birində 6 (altı) kapsul olmaqla 1 (bir) qutuda 96 (doxsan altı) kapsul Afrika Aslanı 3980 mq/capsul, 4 (dörd) qutuda 100 (yüz) ədəd Super Viga 150000 spray, 11 (on bir) ədəd Bufalo power 150 ml, 100 (yüz) ədəd üzərində markası olmayan gümüşü kağızda şokolada bənzər məhsulun ümumilikdə orta bazar qiyməti 4702 (dörd min yeddi yüz iki) manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, Bakı Baş Gömrük İdarəsindən ona zəng gəlmiş və adına bağlamalar gəldiyini deyərək idarəyə getməli olduğu bildirilmişdir. Gedib baxdıqda səhv olduğunu görmüş, qutuların ona məxsus olmadığını bildirmişdir. İmtina etmiş, geri qaytarmalarını xahiş etmişdir. Ona qaytara bilməyəcəklərini və onu sonra çağıracaqlarını bildirmişlər. Hadisə “COP29” tədbiri dövrünə təsadüf etdiyi üçün idarələr işləməmişdir. Bir müddət sonra onu Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə çağırmışlar, o onlara malı göndərən şəxsin əlaqə nömrəsini vermişdir. Malı göndərən şəxs səhv göndərmişdir, nə invoys, nə də başqa bir sübut yoxdur. Ona göndərilməli olan məhsullar həmin qutularda olmamışdır. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - “İpək yolu” gömrük postununun rəisinin 13 noyabr 2024-cü il tarixli raportundan görünür ki, Türkiyə Respublikasından 77DO854/99ZG684 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə ********** saylı, xx.xx.2024-cü il tarixli invoysla gələn və **********5541 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş yüklərə gömrük yoxlaması həyata keçirən zaman, bəyan olunmayan 50 (əlli) qutuda 1400 (min dörd yüz) həb Cialis 5 mq, 50 (əlli) qutuda 1500 (min beş yüz) həb Cialis 100 mq, 50 (əlli) qutuda 200 (iki yüz) həb Cialis 20 mq, 49 (qırx doqquz) qutuda 196 (yüz doxsan altı) həb Viagra 100 mq, 50 (əlli) qutuda 1500 (min beş yüz) həb Viagra 100 mq, 48 (qırx səkkiz) qutuda Spanısh Fly 20 ml, 9 (doqquz) qutuda və 10 (on) qutuda 96 (doxsan altı) kapsul Afrika Aslanı 3980 mq/capsul, 4 (dörd) qutuda 100 (yüz) ədəd Super Viga 150000 spray, 11 (on bir) ədəd Bufalo power 150 ml, 100 (yüz) ədəd üzərində ticarət nişanı olmayan qida əlavələri yükü aşkar edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2024-cü il tarixli, 66/5238-9/9524 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş preparatların tərkibində 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”-na və 18 mart 2016-cı il tarixli “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na və "Zəhərli maddələrin siyahısı”na daxil olan maddələr yoxdur. Ekspertiza tədqiqatına təqdim edilmiş 06 adda preparatların xx.xx.2024-cü il tarixə olan orta bazar qiymətilə ümumi dəyəri 16624.00 manat müəyyən edilir. Digər 03 adda preparatların yerli internet saytlarında qiymətinə dair məlumat olmadığından və 01 ədəd gümüşü kağızda şokolada bənzər məhsulun markası və digər əmtəə göstəriciləri olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində gömrük orqanlarına bəyan etmədən Azərbaycan Respublikasına gətirdiyi ümumi dəyəri 4702 (dörd min yeddi yüz iki) manat təşkil edən mallara münasibətdə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə inzibati xətaya dair iş başlanılması və inzibati araşdırma aparılması qərara alınmışdır. - Şəxs tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəisinə ünvanlanmış ərizədən görünür ki, barəsində olan 00100-00832/25 saylı inzibati xətaya dair iş üzrə hüquqpozma predmeti olan 4702 manat dəyərindəki preparatların müsadirə olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsi inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bəyan edilməyən 4702 manat məbləğində inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1769/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1769/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver