Məhkəmə qərarları › İş №3(007)-1770/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1770/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1770/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, inzibati təbeh vermə haqqında qərardan şikayət verən şəxs - X6 və onun nümayəndəsi - “Union” Vəkil Bürosunun vəkili Vəkil, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X10, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X7 iştirakı ilə, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi S.F.Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X15 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi S.F.Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını və iş üzrə yenidən araşdırma aparılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi Seymur Qarayev vətəndaş X11 İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilib 50 manat cərimə olunması barədə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərar qəbul etmişdir. xx.xx.2023-cü ildə saat 21:08 radələrində onun yaşadığı ünvan 1 ünvanında yerləşən 51 saylı mənzilin aşağı mərtəbəsində yaşayan və ər-arvad olan qonşuları X16 və X13 onun evdə səs-küy saldığını bəhanə edərək onun mənzilinə hücum etmişlər. İlkin olaraq Allahverən Əliyev qapını döyərək ondan qapını açmağını tələb etmişdir. O, qapını açdıqdan sonra onun oğlunun harada olduğunu soruşmuş və onun barmaqlarını qıracağını qışqıraraq demişdir. Sonra o, bağıraraq onu və ailə üzvlərini təhqir etmiş, habelə onları xəsarət yetirməklə və öldürməklə hədələmişdir. Daha sonra onun arvadı Səbinə Həsənova onlara yaxınlaşmış və onun ailə üzvlərini təhqir etməyə başlamışdır. O, qapını bağlamağa çalışdıqda Allahverən Əliyev və Səbinə Həsənova qapının dəstəyindən tutub onu zorla açmağa və mənzillərinə daxil olmağa cəhd etmişlər. Onlar onun başına zərbə endirmiş və evə soxulmağa cəhd etmişlər. Onun mənzili ilə üzbəüz mənzildə yaşayan qonşusu Elxan Ramazanov öz mənzilinin girişində videokamera quraşdırmışdır. Baş vermiş hadisə ilə bağlı polis sahə rəisi, polis mayoru X14 rəsmi qaydada ərizə ilə müraciət etdikdən sonra o, Elxan Ramazanovdan baş vermiş hadisənin videogörüntülərini götürmüş və öz xidməti otağında kompüterdə ona nümayiş etdirmişdir. Qeyd etdiyi halların videogörüntülərdə öz əksini tapdığını bildirərək hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanmasını xahiş etmişdir. Belə ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin iş üzrə obyektiv araşdırma aparılmadığından Allahverən Əliyev və Səbinə Həsənova barəsində cinayət işi qaldırılmamış və onlar İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 50 manat cərimə olunmuşlar. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasında açıq-aşkar göstərilib ki, xırda xuliqanlıq dedikdə - yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Allahverən Əliyev və Səbinə Həsənova ona və ailə üzvlərinə qarşı zorakılıq hərəkətləri edib mənzilinə zorla daxil olmağa cəhd edib, onu və ailə üzvlərini öldürməklə və xəsarət yetirməklə hədələmişlər. Həmin hadisənin videogörüntüsü polis sahə rəisi, polis mayoru Elçin İslamov tərəfindən əldə edilmiş və şəxsən ona kompüter vasitəsilə nümayiş etdirilmişdir. Lakin nə polis sahə rəisi Elçin İslamov, nə də 24-cü Polis Bölməsi həmin videogörüntüləri nə ona, nə də vəkil sorğusu ilə rəsmi qaydada müraciət edən vəkilinə təqdim etməmişlər və həmin videogörüntüləri yalnız məhkəməyə təqdim edəcəklərini bildirmişlər. Beləliklə, o, inzibati təhbeh vermə haqqında qərarı aşağıdakılara əsasən qanunsuz hesab edir. İnzibati təhbeh vermə haqqında qərar törədilən əmələ açıq - aşkar uyğun deyildir. İnzibati tənbeh vermə haqqında qərar faktiki olaraq araşdırmada ümumiyyətlə iştirak etməyən şəxs tərəfindən tərtib olunmuşdur. Belə ki, iş üzrə tərəflərindən izahatların alınmasını, sübutların o cümlədən videogörüntülərin toplanmasını, hadisə yerinə baxış keçirilməsini polis sahə rəisi, polis mayoru Elçin Sadıqov həyata keçirmişdir. Lakin inzibati tənbeh vermə haqqında qərar inzibati xətanın araşdırılmasında ümumiyyətlə iştirak etməyən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi Seymur Qarayev tərəfindən qəbul edilmişdir. Bu da öz növbəsində ciddi qanun pozuntusudur. İnzibati təhbeh vermə haqqında bu qərarın surəti polis tərəfindən ona təqdim olunmamışdır. O, inzibati təhbeh vermə haqqında qərarın surətini vəkil vasitəsilə xx.xx.2023-cü ildə götürmüş və ondan şikayət vermə müddəti istirahət günləri nəzərə alınmaqla xx.xx.2023-cü ildə başa çatır. Lakin xx.xx.2023-cü il tarixdə qardaşı X8 vəfat etdiyi üçün onun yas mərasimində iştirak etmiş və emosional-psixoloji baxımdan qərardan məhkəməyə şikayət vermək iqtidarında olmamışdır. Ona görə də şikayət vermək üçün prosessual müddətin buraxılmasının üzrlü hesab olunmasını və onun bərpa olunmasını xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi tərəfindən X16 barəsində qəbul olunan xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərarın ləğv olunmasını və iş üzrə yenidən araşdırma aparılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət verən X15 və onun nümayəndəsi Vəkil şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X18 izahat verərək bildirmişdir ki, X6 24-cü PŞ-nə daxil olmuş ərizəsi ilə əlaqədar araşdırma zamanı qonşusu Elxan Ramazanovdan domofon vasitəsilə çəkilmiş videogörüntüləri əldə etmişdir. Dilşad Əhmədovanın iştirakı ilə həmin videogörüntülərə baxış keçirmişdir. Hər iki ailə arasında, həmçinin X15 ilə qonşusu Ramazanovlar ailəsi arasında illərdir mübahisə və münaqişə vardır. Araşdırma zamanı X6, X7 və əri X3 izahatları alınmış, X7 və X3 barəsində Azərbaycan Pespublikası İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmiş və hər ikisi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi S.F.Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla 50 manat məbləğində cərimə olunmuşlar. Onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə qərar qəbul etmək səlahiyyəti yoxdur. Barələrində qəbul edilmiş qərar qanuni və əsaslıdır. X7 və X3 əməllərində cinayət tərkibi yoxdur. Məhkəmədən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X16 izahatında bildirmişdir ki, 20 ildir ki, onlardan yuxarı mərtəbədə yaşayan X6 evindən mənzilinə su axıdılır, zibil atılır, səs-küydən rahat yaşaya bilmirlər. Dilşadgilin ailəsi gecə saat 3-4 radələrində mahnı ifa edirlər, taqqıltı salırlar. Özünə və qızına söz atırlar. Dəfələrlə bu barədə polisə və mənzil istismar sahəsinə müraciət etmişlər. Axırıncı dəfə yenə saat 21 radələrində Əhmədova Dilşadın mənzilindən taqqıltı səsləri gəlmişdir. Bu halın dəfələrlə təkrarlanmasından əsəbləşən həyat yoldaşı Allahverən Dilşadgilin mənzilinə qalxmış və niyə səs-küy saldıqlarını soruşmuşdur. Dilşad və qızı həyat yoldaşına onların qızının videosu olduğunu demişlər. Yoldaşı isə onlardan qızlarının videosunu göstərməsini tələb etmişdir. Bir neçə dəqiqədən sonra o, səs-küy eşidib yuxarı mərtəbəyə qalxmış, Allahverən, Dilşad və qızının mübahisə etdiyini görmüş, yoldaşını oradan uzaqlaşdırmağa çalışmış, bu zaman Dilşad və qızı onların ünvanına nalayiq ifadə işlətmişlər, qızının videosu olduğunu demişlər. O, təkrar qapıya yaxınlaşıb videonu göstərməsini tələb etmiş və bir-birlərinə qarşı nalayiq ifadə işlətmişlər. Dilşad onlarla münasibət quran bütün qonşularla mübahisə edir. Dilşad onun Qarabağ əlili olan həyat yoldaşını qul bazarında işlədiyini yazaraq təhqir etmişdir. Yoldaşının müharibədə gözünə qəlpə dəymişdir, gözü yaxşı görmür, əsəblərində problem vardır, gecə 3-də 4-də gəlir, səsküydən istirahət edə bilmir. Məhkəmədən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, fevral ayının 5-də axşam saat 9 radələrində qapılarının möhkəm döyüldüyünü eşitmişdir. Anası ona qapını açmamağı bildirmişdir. O, gözlükdən baxanda Allahverəni görmüşdür. Allahverənin həyat yoldaşı əvvəllər onları dəfələrlə təhqir etdiyi üçün Allahverən bir neçə dəfə onların evinə üzr istəmək üçün gəlmişdir. Qapını açdıqdan sonra Allahverən onun anasına “ağız ey, sənin oğlun hanı gəlsin bura, onun barmaqlarını qıracam” demişdir. Anası isə Allahverənə qardaşının evdə olmadığını bildirmiş və nəyə görə bu cür danışdığını soruşmuşdur. Allahverən onlara söyüş söymüş və nalayiq ifadələr işlətmişdir. Allahverən ona qabağa gəlməsini bildirdikdə o anası ilə danışmasını bildirmişdir. Sonradan Səbinə gəlmişdir. Səbinə gəldikdən sonra anasına qarşı təhqirlər, nalayiq ifadələr işlətmiş və onu vurmuşdur. Səbinəgil onların sağlamlıqlarına xəsarət yetirmək üçün icazəsiz evə daxil olmağa çalışmışlar. O, 102-yə zəng etməyə çalışmış, Allahverən isə onun telefonunu əlindən almağa çalışmışdır. Səbinə və Allahverən qapını çöldən dartan zaman onlar isə qapı açılmasın deyə içəridən dartmışlar. Bu zaman qapının dəstəyi qırılmışdır. Onlara maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, həmin gün Dilşadgilin evindən stola, döşəməyə vurulan taqqıltı səsləri gəlmişdir. O, nə olduğunu öyrənmək məqsədilə üst mərtəbəyə qalxıb Dilşadgildən niyə səs saldıqlarını soruşmuşdur. Dilşad ona saat 10-na kimi ixtiyarının olduğunu demişdir O, Dilşadla danışan zaman qızı söhbətə qarışaraq onu şantaj etmiş, təxribata çəkərək ona qızının videosunun olduğunu demişdir. O, da özündən asılı olmayaraq əsəbləşmiş və niyə elə dediyini soruşmuşdur. O, Dilşadı vurmamışdır, qapının dəstəyindən tutub videonu göstərmələrini tələb etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi E.S.İslamov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş S.Həsənova 05 fevral 2023-cü il tarixdə axşam saatlarında qonşusu Dilşad Əhmədova ilə mübahisə edərək zərərçəkmiş şəxsi təhqir edib hədələmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi S.F.Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X16 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. - videogörüntüdən görünür ki, X1 Əhmədovanın yaşadığı mənzilin qapısını əli ilə döyür, Dilşad Əhmədova qapını açdıqdan sonra onlar arasında mübahisə olur, mübahisəyə X5 Nərimanova və X3 həyat yoldaşı Səbinə Həsənova müdaxilə edir. Onlar bir-birlərinə qarşı nalayiq ifadələr işlədərək, əl-qol atmışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, X16 ilə X15 və onların ailə üzvləri arasında dəfələrlə suyun tökülməsinə, səs-küy salmağa və s. səbəblərə görə mübahisə (dalaşma) olmuşdur. xx.xx.2023-cü il tarixdə mənzildən səs-küy gəlməsinə görə X16 və onun həyat yoldaşı ilə X15 və onun qızı növbəti dəfə dalaşmışlar. Məhkəmə hesab edir ki, X7 ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olması, əməlində cinayət tərkibinin olması sübuta yetirilmədi. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami RPİnin 24-cü PŞ-nin rəisi S.F.Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X6 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi S.F.Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar