Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1771/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X5 nümayəndəsi (həyat yoldaşı) X2, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, X5 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 09 mart 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 09 mart 2023cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. X10 şikayətə onun yaşadığı yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmasına dair ayrıca vəsatət də vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər BPİ DYPİ-nin polis mayoru X4 tərəfindən barəsində əsassız olaraq AR İXM-nin 327.4-cü maddəsi ilə (1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xəttlərinin tələblərinə riayət etməyərək sola və geriyə dönmə qaydalarının pozulmasına görə) 09 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Qərar elektron şəkildə qəbul edilmiş və 09 mart 2023-cü il tarixdə şəxsi kabinetinə yerləşdirilmişdir. Həmin qərarın kağız daşıyıcıda surəti ona xx.xx.2023-cü il tarixdə Bakı şəhər BPİ DYPİ-yə yaxınlaşdıqdan sonra təqdim edilmişdir. Yəni, barəsində olan inzibati xəta haqqında iş üzrə icraat İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə müvafiq (inzibati xəta hadisəsinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi) aparılmışdır. Hesab edir ki, barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin normadan göründüyü kimi qərar və və onun əlavəsi (foto, video) inzibati xətanın törəldiyi gündən bir gün müddətində onun elektron kabinetinə yerləşdirilməli idi. Lakin o, inzibati xəta hadisəsini xx.xx.2023-cü il tarixdə törətdiyi halda, barəsində İXP saylı ******* saylı protokol 35 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə və TP ******* saylı qərar isə elektron qaydada 45 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və həmin tarixdə də onun elektron kabinetinə yerləşdirilmişdir. Daxili İşlər Nazirliyinin elektron kabinetindən (həmçinin mygov.az portalının da çıxarışı şikayətə əlavə edilir) əldə etdiyi çıxarışa əsasən də, hadisənin xx.xx.2023-cü il tarixində, protokolun xx.xx.2023-cü il tarixində, qərarın isə xx.xx.2023-cü il tarixində verildiyi görünür, lakin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarda guya protokolun hadisənin baş verdiyi gün tərtib edilməsi qeyd edilib. Elektron kabinetlərdən əldə etdiyi çıxarışlara əsasən qərarda protokolun tarixinin səhv yazıldığı sübut olunur. Məlumat üçün bildirir ki, inzibati xəta hadisəsinin olduğu foto və video isə elektron kabinetinə əlavə edilməmiş və ona təqdim edilməmişdir. Göründüyü kimi elektron qərarın qəbul edilməsi qaydası və əsaslarını tənzimləyən AR İnzibati Xətalar Məcəlləsinin 221-ci maddəsinin tələbləri kobud surətdə pozulmuş və barəsində qanunsuz qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən elektron qərar və onun əlavəsi (foto, video) inzibati xətanın törədildiyi gündən 1(bir) gün müddətində deyil, inzibati xəta hadisəsinin törədildiyi gündən 35 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə qəbul edildiyi və elektron kabinetə əlavə edildiyi üçün müddətin keçməsi ilə bağlı o, inzibati məsuliyyətdən azad edilməlidir və barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalıdır. Qeyd edilənlərə əsasən Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş 09 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini, barəsində olan 09 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə cərimənin və 4 balın Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemindən silinməsi üçün qəbul ediləcək məhkəmə qərarının əsas olmasının həmin qərarda qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 nümayəndəsi (həyat yoldaşı) X6 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X7 izahatında göstərmişdir ki, X8 məxsus “Toyota Prius minik” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Nərimanov rayonu, A.M.Cümə küçəsində 24 yanvar 2023-cü il traixdə saat 18:08-də 1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi, bununla da inzibati xətaya yol verməsi xüsusi texniki vasitələrin köməyi ilə deyil, Təhlükəsiz Şəhər Kameraları vasitəsi ilə, həmin kameralara nəzarət edən əməkdaş tərəfindən aparılan araşdırma zamanı aşkar edilmiş, rəhbərliyə məruzə olunduqdan sonra 28 fevral 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, şəxs araşdırmaya dəvət olunsa da gəlmədiyindən özünün iştirakı olmadan protokola baxılaraq 09 mart 2023-cü il tarixdə qərar qəbul edilmişdir. İnzibati xəta hadisəsinin baş verməsini təsdiq edən görüntülər diskə köçürülməklə məhkəməyə təqdim edilmişdir. Şikayətin hər hansı əsası yoxdur, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını, mübahisələndirilən 09 mart 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhər DYPİ-nin inzibati təcrübə üzrə inspektoru tərəfindən tərtib edilmiş 28 fevral 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Toyota Prius (Hibrid) minik” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X1 rayonu, A.M.Cümə küçəsində 24 yanvar 2023-cü il tarixdə saat 18:08-də Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; -Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 09 mart 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Toyota Prius (Hibrid) minik” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X10 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində 24 yanvar 2023-cü il tarixdə saat 18:08-də “1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyinə görə”, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş bir ədəd CD diskə məhkəmə iclası iştirakçıları ilə baxış keçirilərkən inzibati xəta haqqında protokolda və qərarda müəyyən edilmiş halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir; 69-cu maddəsinin Vİİ hissəsinin 1-ci bəndinə əsasən 1.1—1.3 üfiqi nişanlanma xətlərini kəsib keçmək qadağandır; 5-ci bəndinə əsasən 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X10 24 yanvar 2023-cü il tarixdə “Toyota Prius (Hibrid) minik” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, A.M.Cümə küçəsində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİİ hissəsinin tələblərini, “1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qərardan şikayət vermiş X5 şikayətinin əsasını təşkil edən hallarla bağlı məhkəmə qeyd edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, istinad olunan inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmədiyindən inzibati icraat Azərbaycan Respublikası İXM-nin 122-ci maddəsində müəyyən edilmiş qaydada aparılmamış, mübahisələndirilən qərar real vaxt rejimində elektron formada çıxarılmamışdır, ona görə də işin icraatına həmin Məcəllənin 38.6-cı maddəsinin tələblərinə uyğun olaraq xitam verilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X5 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X5 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 09 mart 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1771/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1771/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver