Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1773/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – “Pro Bono” vəkil bürosunun vəkili X5, Bakı Metropolitenində Pİnin İTB-nin rəisi, polis mayoru X6, Bakı Metropolitenində PŞ-nin növbətçi hissəsinin rəisi, polis mayoru X2, Bakı Metropolitenində PŞ-nin polis nəfəri, polis baş serjantı X3 oğlunun iştirakları ilə, xx.xx.1985-ci ildə Naxçıvan MR, Şərur rayonu, Daşarx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Naxçıvan MR, Şərur rayonu, Yuxarı Daşarx ərazi dairəsi, Daşarx kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı Metropolitenində Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə saat 21:44 radələrində X10 stansiyasında Şəxs sərxoş vəziyyətdə metroya daxil olmaq istəmiş, bu zaman onu saxlayan və intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı Metropolitenində Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı Metropolitenində Pİ-nin İTB-nin rəisi, polis mayoru X12 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 21:44 radələrində X10 stansiyasında Şəxs və X1 vəziyyətdə metroya daxil olmaq istəyərkən həmin stansiyada gecə növbəsində xidmətdə olan polis əməkdaşları X13 və X7 tərəfindən saxlanılmış, vətəndaşları nizam-intizama dəvət etsələr də, onlar polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, polis əməkdaşlarını təhqir edərək onlara müqavimət göstərmişlər. Bu zaman polis əməkdaşları fiziki qüvvədən istifadə edərək onları zərərsizləşdirmiş, polis otağına dəvət etmiş, daha sonra isə növbətçi hissəyə məlumat verərək onları idarəyə təhvil vermişlər. Şəxs onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasına dair məlumat daxil olmuş, araşdırma aparılmış, tərəfindən vətəndaş Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinə əsasən protokol tərtib olunmuşdur. Bakı Metropolitenində PŞ-nin polis nəfəri, polis baş serjantı X7 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində X10 stansiyasında platformada xidmət apararkən Yasin Namazov əl efiri vasitəsilə onu kömək üçün çağırmış, yaxınlaşan zaman iki nəfər sərxoş vəziyyətdə olan vətəndaşa – adlarını sonradan bildiyi Şəxs və Baba Mirzəyevə Bakı Metropolitenində PŞ-nin növbətçi hissəsinin rəisi, polis mayoru Elnur Məhərrəmov tərəfindən sərxoş vəziyyətdə metroya daxil olmanın qadağan olduğunun bildirildiyini görmüşdür. Həmin vətəndaşlar isə uca səslə söyüş söyərək və onları təhqir edərək metroya daxil olmağa çalışmış, nəticədə o da müdaxilə edərək həmin şəxsləri nizam-intizama dəvət etmək üçün polis otağına dəvət etmiş, həmçinin hadisə barəsində Baxşəliyev Vüqara məlumat vermişdir. Polis otağında olarkən yenidən həmin şəxsləri niza-intizama dəvət etmişlər, bu zaman Şəxs mvazinətini itirərək Baba Mirzəyevə dəyərək yıxılmış, Baba Mirzəyev də özünü saxlaya bilməyib dirsəyi ilə ona dəymiş, daha sonra dalaşmışlar. Ona görə də əlavə qüvvə və avtomobil çağıraraq həmin şəxsləri idarəyə təhvil vermişlər. Bakı Metropolitenində PŞ-nin növbətçi hissəsinin rəisi, polis mayoru X8 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdən sonra 21:30 radələrində metronun “Xalqlar Dostluğu” stansiyasına düşüb evə gedərkən xidmətdə olan PPXB-nin polis nəfəri polis serjantı Yasin Namazlı ilə 2 nəfər sərxoş vəziyyətdə olan vətəndaşın uca səslə polis nəfərinə qarşı nalayiq ifadələr işlətdiyini və mübahisə etdiyini görmüş, özü də onları nizam-intizama dəvət etsə də, onlar onun qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmiş, bundan sonra onları nizam-intizama dəvət etmək məqsədilə polis otağına dəvət etsələr də, polis otağında da öz aralarında mübahisə etməyə başlamış, onlardan biri – Şəxs müvazinətini itirib Baba Mirzəyevə dəymiş, Baba da özünü saxlaya bilməyib dirsəyi ilə onun göz nahiyyəsinə toxunmuş və xəsarət yaranmışdır. Həmçinin onlar polis otağında ona əl-qol atmış, müqavimət göstərmiş və onun xidməti formasını yararsız hala salmışlar. Həmin şəxslər polis əməkdaşlarının qanuni tələblərinbə tabe olmadıqları və onları nizam-intizama dəvət etmək mümkün olmadığı üçün onların polis idarəsinə aparılmasına dair göstəriş vermişdir. Barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında X10 stansiyasında qohumu Baba Mirzəyevlə birlikdə sərxoş vəziyyətdə metroya daxil olmaq istəyərəkən polis əməkdaşları tərəfindən saxlanılmışlar. Bu zaman onlar içkili vəziyyətdə metroya keçməyə israr etdikləri üçün polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Daha sonra xidməti otağa, oradan da polis idarəsinə aparılmışlar. Polis əməkdaşlarına qarşı əl-qol hərəkətləri etməmiş, onları vurmamışdır. Hazırda əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi – “Pro Bono” vəkil bürosunun vəkili X14 izahatında bildirdi ki, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən peşmandır. Onun tərəfindən polis əməkdaşlarına ciddi müqavimət olmayıb, sadəcə refleks olaraq özünü müdafiə etmək məqsədilə müqavimət göstərmişdir. Barışıq əldə olunması üçün barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən cəhd göstərilmişdir. Şəxs himayəsində 2 azyaşlı uşağının olmasının nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 13:00 radələrində tutulmuşdur. xx.xx.2023-cü il tarixli, 2/9169 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta alkoqol sərxoşluq dərəcəsi müəyyən edilmişdir. Məhkəmə iclası zamanı CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs və X11 polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadıqları üçün xidməti polis otağına dəvət olunmuşlar. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1773/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1773/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver