Məhkəmə qərarları › İş №3(007)-1777/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1777/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1777/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Bakı şəhər BPİ X14 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Qara Qarayev pr, 62-də onun idarə etdiyi **-GS-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı avtonəqliyyat vasitəsinin arxasınca YPX avtomobili gələrək saxlatmışdır. Bakı şəhər X14 İdarəsi yol patrul xidməti inspektoru, polis baş serjantı X8 ona yaxınlaşaraq sənədlərini istəmişdir. Ona ətraflı məlumat vermədən, etdiyi qayda pozuntusunu ətraflı izah etmədən ona İXP ******* nömrəli protokolu təqdim etmişdir. Ona 327.1-ci maddə ilə “5.9 Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq" nişanının tələbinə riayət edilməməsinə, 342.6-cı "Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi” inzibati xəta törətməyə görə cərimə (№: İXP ******* nömrəli protokol) yazılmışdır. “Polis haqqında” Qanunun 20-ci maddəsinin 9-cu bəndini və “Yol hərəkəti haqqında” Qanunun 85-ci maddəsinin 2-ci bəndinin qeydini təhlil etdikdə aydın olur ki, DYP əməkdaşının nəqliyyat vasitəsinin təqib olunmasına yalnız istisna hallarda yol verilə bilər. X11 əməkdaşlarının X7 6-cı maddəsində "Xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən prinsipial, qərəzsiz, səmimi, obyektiv və özünə qarşı tələbkar olmalı, məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməlidir” göstərilmişdir. Göründüyü kimi X8 bütün bunlara riayət etməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 83:. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində nəzarətin həyata keçirilməsi İİ. Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. İXP ******* nömrəli protokol ilə bağlı nə bir foto və ya video görüntü (asan ödəniş və ya DİN-nin elektron qeydiyyat portalında) məlumat yoxdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 84-cü maddəsi: Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələri aşağıdakılardır: 5) yol hərəkəti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü təqdim etmək, dayandırmanın səbəbini, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun bu Qanunun hansı maddəsində nəzərdə tutulduğunu onlara bildirmək, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etmək; Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 1-ci bəndinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Yol patrul xidməti inspektoru polis baş serjantı X8 heç bir zərurət olmadan onun idarə etdiyi nəqliyyat vasitəsini təqib etmiş, xidməti vəzifələrinin icrası zaman qərar qəbul edərkən prinsipial, qərəzsiz, səmimi, obyektiv olmamış, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun qanunun hansı maddəsində nəzərdə tutulduğunu ona bildirməmiş, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etməmiş, yerindəcə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İnzibati xəta haqqında işin baxılmasında onun iştirakı təmin edilməmiş, onun izahat, vəsatət vermək, sübutlar təqdim etmək və ya törətdiyi ehtimal edilən inzibati xətanı təsdiq edən hər hansı sübutla tanış olmaq və s. hüquqları təmin edilməmiş, qərar onun iştirakı olmadan çıxarılmışdır. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı şəhər BPİ X14 İdarəsinin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, materialdan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə, saat 15:37 radələrində Bakı şəhəri, Qara Qarayev pr, 62 ünvanında “Toyota Camry” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən mobil telefonla danışaraq 5.9 yol nişanının tələbinə riayət etməyərək avtobus üçün ayrılmış zolağa daxil olduğu üçün ərazidə olan kameraya düşmüş, həm xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20163908 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla cərimə olunmuş, həm də həmin ərazidə xidmət aparan yol patrul xidməti inspektoru tərəfindən cərimə edilmişdir. X6 eyni inzibati xətaya görə barəsində iki dəfə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnspektor bu hadisəni vizual aşkarlamış, həmin sürücünü saxlayıb onun barəsində protokol tərtib etmişdir. Buna görə də, Bakı şəhər Baş Polis İdarəsinin X14 İdarəsi Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunidir. Qeyd olunanları nəzərə alaraq şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə saat 15:37-də idarə etdiyi “Toyota Camry” minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Qara Qarayev pr, 62 ünvanında hərəkətdə olarkən nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə və 5.9 yol nişanının tələbinə riayət edilməməsinə görə (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) Azərbaycan Respublikası İXM-nin 342.6, 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20163908 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə saat 15:35-də idarə etdiyi “Toyota Camry” minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Qara Qarayev pr, 62 ünvanında hərəkətdə olarkən 5.9 yol nişanının tələbinə riayət etməmişdir. (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq). X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2024-cü il tarixdə saat 15:35-də idarə etdiyi “Toyota Camry” minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Qara Qarayev pr, 62 ünvanında hərəkətdə olarkən telefonu əldə saxlayaraq ondan istifadə etməklə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolağa daxil olmuşdur. Buna görə də, inzibati xətanı vizual aşkarlamış Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsi yol patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 342.6, 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmiş, eyni zamanda inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20163908 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla X6 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Bununla da X6 eyni inzibati xətanın, yəni 5.9 yol nişanının tələbinə riayət edilməməsinə görə (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) iki dəfə cərimə olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(007)-1987/2024 saylı qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin xx.xx.2024cü il tarixli, EQ seriyalı, 20163908 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hazırki, iş üzrə isə inzibati xəta haqqında işin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanun əsasında, qanunvericiliyin tələblərinə riayət olunmaqla qəbul edilmişdir, X3 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmişdir, habelə X6 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmişdir və o, bu xətanın törədilməsində təqsirkardır. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 342.6, 327.1-ci maddələri ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsi yol patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında vermə haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar