Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1779/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 20180034 saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasındakı çıxışında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində, saat 23:40:22-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə “Laçın” Ticarət mərkəzinin qarşısından Neftçilər istiqamətində hərəkətdə olarkən “Hyundai İ30” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə kamera vasitəsilə EQ 20180034 saylı qərar tərtib olunaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Hadisə baş verən ərazinin həm işıqlandırması zəif olduğuna görə, həm də yerdəki nişanlama xətlərinin silindiyinə görə tam ayırd etmək mümkün deyil. O, avtomobillə orta zolaqda hərəkətdə olarkən sağa dönmə işığını yandırıb sağ zolaqdan adam düşürüb-mindirmək üçün keçmişdir. Qeyd olunanlara əsaslanaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 20180034 saylı qərarına əsasən X5 xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Hyundai İ30” markalı, 77FU485 dövlət qeydiyyat nişanlı avtomobillə, Nizami rayonu, Qara Qarayev prospekti, Laçın Ticarət Mərkəzinin yaxınlığında hərəkətdə olan zaman, 5.9 yol nişanının tələbinə riayət edilməməsi (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) səbəbindən İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş QP-015 nömrəli kmaera vasitəsilə qeydə alınmış fotogörüntülərdə X5 tərəfindən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz əksini tapmışdır. Belə ki 5.9 saylı yol nişanını tələbinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin normal işləməsini təmin etmək üçün nəqliyyat axını istiqamətində zolaq ayrılır və başqa nəqliyyat vasitələrinin bu zolaqla hərəkəti qadaöan edilir.Əgər bu zolağın sərhədi digər zolaqlardan bütöv xəttlə ayrılıbsa digər nəqliyyat vasitələrinin bu zolağa daxil oması bütün hallarda qadağandır. Bu zolağın sərhədi qırıq-qırıq xəttlərlə ayrılmış olsaydı, ümümi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan bəzi hallarda bu zolağa daxil olmaq olar. Məsələn, sərnişin mindirib və ya düşürtmək üçün. İş materiallarına əlavə edilmiş fotoşəkilə baxış zamanı zolağın bütöv xəttlə ayrılması müəyyən edilmişdir. Qeyd olunan səbəbdən X5 tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır və şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərar və fotogörüntülərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 20180034 saylı qərarından verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1779/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1779/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver