Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1789/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclas katibi Aşurlu Mətanət İslam qızının katibliyi ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarına baxaraq məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətməsi haqqında 03 iyun 2021-ci il tarixli 00100-1052/12 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanda yerləşən Şəxs QSC tərəfindən 28 adda yarımstansiyalarda montaj işləri üçün istifadə olunan əl alətləri yükləri **********9598 nömrəli, 27.05.2020-ci il tarixli Gömrük Bəyannaməsi əsasında 27.05.2021ci il tarixinədək müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilmişdir. Lakin, müvəqqəti idxal müddətinin bitməsinə baxmayaraq Şəxs QSC tərəfindən 28 adda yarımstansiyalarda montaj işləri üçün istifadə olunan əl alətləri yüklərinin müvəqqəti idxal müddəti bitməmiş Azərbaycan Respublikasından kənara aparılmamış və yaxud digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 28 adda yarımstansiyalarda montaj işləri üçün istifadə olunan əl alətləri yüklərinin müvəqqəti idxal müddəti 27.05.2021-ci il tarixində bitmiş, müddət bitdikdən 5 gün sonra 01.06.2021-ci tarixdə **********0738 sorğu nömrəli gömrük bəyannaməsi ilə təkrar ixrac gömrük prosedurunda rəsmiləşdirilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və Şəxs QSC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, onların səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş, məhkəməyə gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə inzibati işə inzibati orqanın və Şəxs QSC-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, daxil olmuş inzibati xəta haqqında protokolu və inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını araşdırıb hesab edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, inzibati işdə olan Şəxs QSC-nin nümayəndəsi X1 03 iyun 2021-ci il tarixli izahatından görünür ki, Şəxs QSC yarımstansiyalarda elektrik quraşdırma fəaliyyəti göstərən şirkətdir. Şirkət tərəfindən **********9598 nömrəli gömrük bəyannaməsi ilə 28 adda montaj əl alətləri yükləri yarımstansiyalarda “GİS” sistemlərinin montajı məqsədi ilə Rusiya Federasiyasından şirkətin ünvanına gətirilərək müvəqqəti idxal gömrük proseduru altında bəyan edilmişdir. **********0738 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş yüklərin müvəqqəti idxal müddəti 27.05.2021-ci il tarixdə bitmiş və işlərin çoxluğu səbəbindən müraciət etməyi unutmuşlar. Lakin 01.06.2021-ci tarixli həmin yüklərin **********0738 sorğu nömrəli gömrük bəyannaməsi əsasında təkrar ixrac gömrük prosedurunda bəyan etmişlər. Gömrük qaydalarının pozulduğunu qeyd etmişdir. İnzibati xəta haqqında iş üzrə əlavə edilmiş sənədlərlə (raportlar, gömrük bəyannamələri və s.) Şəxs QSC-nin sözügedən inzibati xəta törətməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1789/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1789/2021
14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver