Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1795/2022 05.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, X1 barəsində tərtib edilmiş MN nömrəli ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə cərimənin ləğv edilməsinə dair ərizəsinə işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏN E T D İ: X2 ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul olunmuş 81 manat məbləğində cərimənin ləğv edilməsini xahiş etmiş və barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu ərizəyə əlavə etmişdir. Məhkəmə, X1 ərizəsini nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Göründüyü kimi, qanunvericilikdə inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətin verilməsi nəzərdə tutulmuşdur. X2 isə barəsində inzibati orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı deyil, tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu məhkəməyə təqdim etməklə, müraciətini ərizə formasında ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Odur ki, X1 ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: X1 ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1795/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1795/2022
05.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver