Məhkəmə qərarları › İş №3(007)-1803/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1803/2020

26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1803/2020 26.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar)-Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan (borclu)-Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsində tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 1446 saylı Sərəncamı ilə “Dədə Qorqud” kiçik müəssisəsinə ayrılmış 0.52 ha torpaq sahəsindən faktiki olaraq qalmış 148.4 kv.m torpaq sahəsindən Zərərçəkmiş şəxs tərəfindən istifadə olunmasına onun tərəfindən (digər borclu X2 ilə birlikdə) yaradılan maneələrin aradan qaldırılması barədə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixdə verilmiş xx xxxxxxx 2019-cu il tarixli 2(007)-2148/2019 nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, qeyd edilən torpaq sahəsindən Zərərçəkmiş şəxs tərəfindən istifadə olunmasına yaratdığı maneələri davam etdirmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, icra sənədində göstərilən torpaq sahəsi faktiki olaraq tələbkar tərəfindən zəbt olunmuş torpaq sahəsidir və bununla bağlı cinayət işinin ibtidai istintaqı aparılır. Onun tərəfindən isə icra sənədinin icrasına hər hansı maneə yaradılmır, əksinə, qanunsuz zəbtin qarşısını almağa cəhd edilir. Əməlində inzibati xəta tərkibi yoxdur, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına, icra vərəqəsi verilməsinə baxmayaraq borclu Şəxs Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1994cü il tarixli 1446 saylı Sərəncamı ilə “Dədə Qorqud” kiçik müəssisəsinə ayrılmış 0.52 ha torpaq sahəsindən faktiki olaraq qalmış 148.4 kv.m torpaq sahəsindən onun tərəfindən istifadə olunmasına yaratdığı maneələri davam etdirir. Borclunun barəsində ciddi inzibati tənbeh tətbiq olunmasını və yaradılan maneələrin aradan qaldırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İlk növbədə qeyd edilməlidir ki, xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati işə daha əvvəl baxılmış, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə ləğv olunaraq iş materialları yenidən baxılıb, hərtərəfli araşdırma aparılmaqla qərarın təsviri hisəsində göstərilənlərə hüquqi qiymət verilməsi üçün geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, “Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən (hakim Mətanət Hacıyeva) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icrata xitam verilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, borclu Şəxs “Dədə Qorqud-10” kiçik müəssisəsinə ayrılmış 0.52 ha torpaq sahəsindən faktiki olaraq qalmış 148.4 kv.m torpaq sahəsindən tələbkar Zərərçəkmiş şəxs tərəfindən istifadə olunmasına maneə yaratması, həmin torpaq sahəsində tələbkarın tikinti aparmaq hüququnun olub-olmaması, tələbkar tərəfindən tikilmiş tikintinin borclu tərəfindən sökülməsi sübuta yetirilməmişdir. Lakin hazırkı xx xxxxxxx 2020-ci il tarixli protokol əsasında işə baxan birinci instansiya məhkəməsi iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərarının mövcudluğunu nəzərə almamış və həmin qərardan qısa müddət keçməmiş və yeni heç bir sübut əldə edilməyərək tərtib edilmiş protokol əsasında qərar qəbul etmişdir”. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həqiqətən də borclu Şəxs “Dədə Qorqud-10” kiçik müəssisəsinə ayrılmış 0.52 ha torpaq sahəsindən faktiki olaraq qalmış 148.4 kv.m torpaq sahəsindən tələbkar Zərərçəkmiş şəxs tərəfindən istifadə olunmasına maneə yaratması, həmin torpaq sahəsində tələbkarın tikinti aparmaq hüququnun olub-olmaması, tələbkar tərəfindən tikilmiş tikintinin borclu tərəfindən sökülməsi sübuta yetirilməmişdir. Eyni zamanda Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə sözügedən icra sənədi ilə bağlı icra məmuru tərəfindən tərtib olunmuş protokola dair işə baxılaraq Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə olan iş üzrə icrata xitam verildiyi halda, həmin qərarın qəbulundan qısa müddət sonra, faktiki yeni heç bir sübut əldə edilmədən icra məmuru tərəfindən təkrarən protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədində qeyd olunan torpaq sahəsindən tələbkar Zərərçəkmiş şəxs tərəfindən istifadə olunmasına maneə yaratması halı müəyyən edilməmiş və sübuta yetirilməmişdir. Bununla yanaşı sözügedən torpaq sahəsində tələbkarın tikinti aparmaq hüququnun olub-olmaması və tələbkar tərəfindən tikilmiş tikintinin borclu tərəfindən sökülməsi də müəyyən edilməmiş və sübuta yetirilməmişdir. Ona görə borclunun hərəkətləri icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. O cümlədən borclunun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə bağlı icra məmurunun özü də konkret sübut təqdim edə bilməmişdir, iş materiallarında buna dair sübutlar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, ümumiyyətlə, onun əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işi ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 18 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab-AZ33AİİB********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar