Məhkəmə qərarları › İş №3(007)-1808/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1808/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1808/2025 05.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 iştirakı ilə, Sabunçu rayon Polis İdarəsinin DYPŞ-nin polis leytenantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 rayon Polis İdarəsinin DYPŞ-nin polis leytenantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə M8 saylı xətt üzrə **- JZ-*** dövlət qeydiyyat nişanlı “BMC-Procity" markalı sərnişin avtobusu ilə saat 07:04 radələrində Zabrat-Maştağa yolunda üzü Zabrat qəsəbəsi istiqamətində iki istiqamətli üç zolaqlı yolda birinci hərəkət zolağı ilə hərəkətdə olarkən qarşıda dayanacaqda duran digər sərnişin avtobusunu ötmə əməliyyatı ilə keçmək istəyəndə ikinci hərəkət zolağına manevr etməyə başlayarkən arxadan eyni istiqamətdə ilk öncə üçüncü zolaqla yüksək sürətlə hərəkət edən sonradan arxasından hərəkət edən nəqliyyat vasitələrinə yol vermək üçün ikinci zolağa keçən “İsuzu” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili aralarında olan məsafənin kifayət qədər çox olmasına baxmayaraq yüksək sürətlə hərəkətdə olduğundan və təhlükəsizlik tədbiri görmədən idarəetməni itirərək ilk öncə onun idarə etdiyi sonra isə dayanacaqda duran avtobusa çırpılaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Dərhal DİN-nin 102 zəng mərkəzinə məlumat verib hadisəni qeydiyyata aldırmışdır. Hadisə yerinə Bakı şəhəri Sabunçu RPl-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Altay Məmmədov yaxınlaşaraq hadisə təfərrüatlarını qeydə almış, hər üç sürücüdən sənədləri götürmüş və izahatlarının alınması üçün Sabunçu RPİ-yə yaxınlaşmalarını bildirmişdir. Hadisənin səhəri günü xx.xx.2024-cü il tarixində saat 09:00da Sabunçu RPİ-yə yaxınlaşmış və onu Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Altay Məmmədov qəbul edərək hadisə barədə yazılı izahatını almış, ona əlavə oxuya bilmədiyi bir neçə sənədə imza etdirmiş və iş üzrə araşdırma aparacağını bildirmişdir. 2025-ci ilin aprel ayının ilk günlərində o işin araşdırmasının nəticəsi barədə məlumat almaq üçün Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Altay Məmmədovla əlaqə saxlamış və o, bildirmişdir ki, iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarmış və onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarı Sabunçu rayon DYPŞ-nə göndərmişdir. Təkidi nəticəsində aprel ayının 7-i tarixində adıgedən qərarın nüsxəsinin təhqiqatçıdan alınmasına nail olmuşdur. Qərarla tanış olduqdan sonra xx.xx.2025-ci il tarixdə Sabunçu rayon DYPŞ-nə yaxınlaşmış və barəsində xx.xx.2025-ci il tarixli İXP protokolu və TP qərarı tərtib edildiyini öyrənmişdir. Ərizə ilə müraciət etdikdən sonra Sabunçu rayon DYPŞ-nin YNH inspektoru, polis leytenantı X4 xx.xx.2025-ci il tarixli İXP ******* saylı İXP-ni və eyni tarixli TP seriyalı, ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın alınmasına nail olmuşdur. Sabunçu rayon DYPŞ-nin YNH inspektoru, polis leytenantı X5 tərtib etdiyi xx.xx.2025-ci il tarixli TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı tamamilə qanunsuz hesab edir. Belə ki, o, idarə etdiyi **-JZ-*** dövlət qeydiyyat nişanlı “BMC" markalı sərnişin avtobusunda quraşdırılmış təhlükəsizlik kameralarında yuxarıda qeyd etdiyi hadisənin baş vermə anı tam olaraq əks olunmuşdur. Videogörüntüdən tam aydın şəkildə görünür ki, yetərincə aralı məsafədə arxasınca hərəkət edən **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü aralarında olan məsafənin kifayət qədər çox olmasına baxmayaraq yüksək surətlə hərəkətdə olduğundan və təhlükəsizlik tədbiri görmədən idarəetməni itirərək ilk öncə onun idarə etdiyi, sonra isə dayanacaqda duran avtobusa çırpılır və hadisə baş verir. “BakuBus" MMC-nin hüquq şöbəsi tərəfindən hadisə araşdırılan zaman onun günahsız olması öz təsdiqini tapmışdır. Lakin ilk öncə təhqiqatçı və sonra da inspektor tərəfindən aparılmayan araşdırma və verilən ədalətsiz qərar, baş vermiş hadisədə avtobusa dəymiş maddi ziyanın ondan tutulması ilə nəticələnəcəkdir. Qeyd edilən qərarlarla onun bütün hüquqları pozulmuş və eyni zamanda maddi cəhətdən onun vəziyyətini daha da pisləşdirmişdir “BakuBus" MMCnin sifarişi əsasında istehsalçı tərəfindən sərnişin avtobuslarında quraşdırılmış videoqeydiyyatçıda hadisənin necə olması və nə cür baş verməsi tam olaraq qeydə alınmış və həmin videogörüntünü o təhqiqatçıya təqdim etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən inspektorun şəxsi mülahizələri və şübhələri mütləq şəkildə onun xeyrinə həll edilməli idi. Çünki ortada hadisənin fərqli halda baş verməsini əks etdirən bir videogörüntü yoxdur, nəinki görüntü, ümumiyyətlə onun təqsirini sübuta yetirə biləcək sübut yoxdur. Əvəzində isə hadisənin o dediyi kimi baş verməsini əks etdirən videogörüntü, hadisəni “BakuBus" MMC-də araşdıran Hüquq şöbəsinin təqdim etdiyi sübutlar var. Sabunçu rayon DYPŞ-nin YNH inspektoru, polis leytenantı X5 tərtib etdiyi xx.xx.2025-ci il tarixli İXP seriyalı, ******* saylı protokolu və eyni tarixli TP seriyalı, ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı xx.xx.2025-ci il tarixdə götürmüşdür. Qeyd olunanları nəzərə alıb barəsində Sabunçu rayon Polis İdarəsinin DYPŞ-nin polis leytenantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən Sabunçu rayon Polis İdarəsinin DYPŞ-nin polis leytenantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Sabunçu rayon Polis İdarəsinin DYPŞ məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sabunçu rayon Polis İdarəsinin DYPŞ-nin polis leytenantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə, saat 08:00-da idarə etdiyi “BMC PROCİTY 12M” avtobus markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə araməsafəsi qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9-cu maddinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, inzibati orqana məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, lakin X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən əməlində inzibati xətanın olub-olmamasının, inzibati xəta törədən şəxsin təqsirinin və işin düzgün həlli üçün əhəmiyyətli olan halların müəyyən edilməsi üçün hansı sübutlara istinad edilməsinə dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. İş üzrə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X6 təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübut toplanılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Sabunçu rayon Polis İdarəsinin DYPŞ-nin polis leytenantı X9 isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi sübutları əldə etməli, onları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli, bu zaman şəxsin təqsirli olmasına dair yaranmış şübhələri onun xeyrinə həll etməli olduğu halda, qeyd edilən halları ümumiyyətlə müəyyən etmədən X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli olması qənaətinə gəlmişdir. Göründüyü kimi X3 təqsirliliyi sübuta yetirilmədiyi halda onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə iş üzrə icraata başlanılmış və X1 xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Həmin Məcəllənin İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sabunçu rayon Polis İdarəsinin DYPŞ-nin polis leytenantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar