Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-181/2022 17.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, 29 avqust 1982-ci il tarixdə Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, Sabirabad rayonunun Qaraqaşlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi ev 4, mənzil 37-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsindən daxil olmuş 17 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 17 yanvar 2021-ci il tarixdə saat 01:15-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən yaşayış binasının 174 nömrəli mənzilinin qarşısında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X6 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 17 yanvar 2021-ci il tarixdə saat 01 radələrində X4 evində gedərək qapısını döymüşdür, buna isə səbəbləri olmuşdur. Həmin qadın onun nömrəsini müxtəlif şəxslərə verib, “instagram” sosial şəbəkəsində səhifə açmışdır ki, guya o, pulla görüşür və s. Bu səbəbdən Xəyalə Həsənovanın evinə getmişdir ki, o, sosial şəbəkə hesabından həmin profili silsin. Həmin vaxt içkili olmuş, polislər gələndə aralarında anlaşılmazlıq olmuşdur. Əslində inzibati xəta haqqında protokolu yazan Şamil Məmmədovla 3 il əvvəldən problemləri olmuşdur, həmçinin Xəyalə Həsənovanın 24-cü polis şöbəsində tanışları var. Heç bir sübut olmadan onu saxlamışlar. Hər yerdə kamera var, əgər onun günahı varsa sübut etsinlər. Əməlində inzibati xəta tərkibi olmadığına görə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili X7 izahatında göstərmişdir ki, 17 yanvar 2022-ci il tarixdə saat 01:30 radələrində polis şöbəsinin növbətçi hissəsindən məlumat daxil olmuşdur ki, ünvan 2 ünvanında vətəndaş X1 adlı şəxsin onun mənzilinin qapısını döyərək onu və qonşuları təhqir etməsi barədə məlumat vermişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin ünvana getdikdə həqiqətən Tural adlı şəxsin mənzilin girişində sərxoş vəziyyətdə səs-küy saldığını müəyyən etmişlər. Tural adlı şəxsi nizam-intizama dəvət etmələrinə baxmayaraq o, sakitləşməmiş, onların qanuni tələblərinə qəsdən tabe olmamış, qanunsuz hərəkətlərini davam etdirmiş, çoxmənzilli yaşayış binasının sakinlərini narahat etməyə davam etmişdir. Buna görə onlar Tural adlı şəxsi məcburi qaydada 24-cü polis şöbəsinə aparmış və barəsində tədbir görülməsi üçün raportla müraciət etmişlər. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. Bundan başqa rəsmi qaydada tibbi müayinəyə aparılmasına baxmayaraq Şəxs həkim müayinəsindən keçməkdən də imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, Şəxs ilə 2018-ci ildən tanış olmuşlar, aralarında mütəmadi olaraq mübahisələr baş verməsi səbəbindən ayrılmışlar, lakin Şəxs onu rahat buraxmır, daim narahat edir. 17 yanvar 2022ci il tarixdə gecə saat 01 radələrində yaşadığı ünvan 2 ünvanında olarkən qapı döyülmüş, gözlükdən baxanda Şəxs olduğunu görmüşdür. Şəxs hərəkətlərindən onun sərxoş vəziyyətdə olması açıq görünmüş, o, dayanmadan yumruğu və təpiyi ilə qapını döydüyünə və qışqıraraq qapını açmasını tələb etdiyinə görə qorxaraq polisə zəng etmişdir. Mənzilin qapısının gözlüyündən baş verənləri videoya çəkmişdir. Polislər gəldikdən sonra Şəxs onları söyərək təhqir etmiş, oradan getmək istəməmişdir. O, belə hərəkələrinə görə Şəxs əlindən bezmişdir, qorxa-qorxa yaşayır, uşaqlarına görə də qorxur. Bu hadisələr onun uşaqlarına psixoloji təsir edir, bu işə baxılıb ciddi tədbir görülməsə intihar edəcəkdir. Şəxs onun adına “instagram” hesabı açaraq nalayiq paylaşımlar etməsi barədə göstərdiyinin əsası yoxdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs izahatında göstərilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhdi kimi qiymətləndirir və qeyd edir ki, irəli sürdüyü dəlillər məhkəmə iclasında toplanaraq tədqiq olunmuş sübutlarla təkzib olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı iş üzrə inzibati qaydada tutulmamışdır, ona görə məhkəmə hesab edir ki, inzibati həbsinin başlanğıcı materialın məhkəməyə təqdim edildiyi vaxtdan, 17 yanvar 2021-ci il saat 15:40-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 17 yanvar 2022-ci il saat 15:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X5 "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-181/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-181/2022
17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver