Məhkəmə qərarları › İş №3(007)-1828/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1828/2022

30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1828/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məhkəmə iclas katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş vəzifəli şəxsin nümayəndəsi və müdafiəçisi “Sirius” Vəkil Bürosunun vəkili Vəkil və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X4 iştirakı ilə, X3, xx.xx.1992-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2anda yaşayan, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərar tərtib edilmişdir. X7 həmin qərardan şikayət verərək, onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ünvan 3 ünvanında məskunlaşıb yaşayan məcburi köçkündür. Hər hansı bir iş yeri sahibi, sahibkar, işəgötürən deyil, adına açılmış VÖEN-ni yoxdur. Lakin bütün bunlara baxmayaraq xx.xx.2022-ci il tarixində X10 Xidmətinin Bakı şəhəri İdarəsinin rəisi X11 onu iş yeri sahibi, sahibkar, işəgötürən hesab edib və inzibati məsuliyyətə cəlb etmişdir. Belə ki, onun barəsində iştirakı və xəbəri olmadığı halda inzibati xəta üzrə işə baxaraq 26 iyul 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş və onu İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddələrinə əsasən 2000 manat məbləğində cərimə etmişdir. Həmin qərarda deyilir ki, X7 tərəfindən X8 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin nümayəndəsi və müdafiəçisi Vəkil şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X9 bildirdi ki, X7 xx.xx.2022-ci il tarixində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Nizami rayon inzibati ərazisində azyaşlıların əməyinin istismarı ilə əlaqədar olaraq reyd zamanı Puşkin küçəsi 21/2 ünvanda yerləşən 1001 xırdavat mağazasından xx.xx.2004-cü il təvəllüdlü X5 əmək müqaviləsi bağlanmadan işə cəlb olunması aşkar olunmuşdur. Barəsində müvafiq qaydada inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin nümayəndəsi və müdafiəçisini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsini dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin inzibati xəta haqqında iş üzrə xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən X8 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edildiyinə görə X7 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokol əsasında təqsirili bilinərək 2000 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin hesabatından görünür ki, Keşlə qəsəbəsi, Puşkin küçəsi 21/2 ünvanda yerləşən tikilinin sahibi Xalid İsmayılovdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 3 tikilidə fəaliyyət göstərən məişət mağazası X1 deyil. Heç bir rəsmi sənədə istinad etmədən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi X6 işəgötürən qismində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilmişdir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X9 məhkəməyə X2 mağazada təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində işləməsinə, yəni həmin cəmiyyətlə hər hansı bir əlaqəsinin olmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, inzibati xəta haqqında iş üzrə xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar