Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1829/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan X3, barəsində Bakı Bakı şəhər Nizami RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2022-ci il tarixli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nin polis mayoru X2 tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə saat 08:34 radələrində Bakı şəhəri, Babək prospekti ərazisində “Hyundai Avante” minik markalı ** FT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 333.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə ilə tənbeh edilmişdir. X1 şikayət verərək, Nizami rayon DYPŞ tərəfindən İXP ******* saylı protokola əsasən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 03 iyul 2022-ci il tarixdə Babək prospektində övladına məxsus Hyundai Avante avtomobili ilə hərəkət edərkən saat 09:30 radələrində YPX onu heç bir qayda pozuntusuna yol vermədiyi halda saxlamış və Nizami rayon DYPŞnin baş yol patrul xidməti inspektoru polis leytenantı X7 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Saxlanılan zaman hansı qayda pozuntusuna yol verdiyini soruşduqda heç bir cavab ala bilməmiş və polis maşınına dəvət olunmuşdur. Maşında polis işçilərinin özlərinə məxsus olduğunu yəqin etdiyi alkotester ilə içki qəbulu testindən keçə bilmədiyinə görə içkili hesab oldunmuşdur. O, onlardan qaydalara uyğun YPX-yə təmin edilmiş alkotesteri tələb etdikdə isə tələbinə məhəl qoyulmamış və avtomobili duracağa deyil Nizami rayon DYPŞ-nin qarşısına aparılmışdır. Nizami rayon DYPŞ-də 6 saylı otaqda çalışan X11 Hüseynova yaxınlaşması tələb olunmuşdur. O, otaqda olarkən bir daha dövlətin təmin etdiyi alkotesteri istəsə də cavab müsbət olmamışdır. Əksinə ondan işə yerində xitam verilməsi üçün 800 (səkkiz yüz) manat pul tələb olunmuşdur. Bu qanunsuz tələblər qarşısında oranı tərk etmiş və dərhal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” adı altında fəaliyyət göstərən Nizami metrosu yaxınlığındakı tibb məntəqəsinə getmişdir. Tibbi müayinə zamanı qanda alkoqol miqdarı 0 (sıfır) olaraq müəyyən olunmuşdur. Məntəqədə tərtib edilən 2/15544 saylı tibbi müayinə protokolunu əldə etmiş və yenidən Nizami rayon DYPŞ-dəki əməkdaşlara günahsız olduğunu bildirmək üçün həmin şöbəyə qayıtmışdır. Göstərdiyi bütün qanuni səylərə baxmayaraq haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında X5 şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayəti və inzibati tənbeh vermə haqqında qərarı iş materialları ilə əlaqəli araşdırıb, proses iştirakçılarının izahatını dinləyərək qeyd edir ki, inzibati iş üzrə TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən olunmadığına görə şikayət rədd edilməlidir. Belə ki, inzibati işə əlavə olunmuş araşdırma sənədlərindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə saat 08:34 radələrində Bakı şəhəri, Babək prospekti ərazisində “Hyundai Avante” minik markalı ** FT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 333.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Şikayətə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 2/15544 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən görünür ki, saat 12:30-da aparılan müayinə nəticəsində X4 alkoqol qəbulu əlamətlərinin olmadığı müəyyən edilmişdir. İnzibati işə əlavə olunmuş 08:38 tarixində aparılmış alkotester nəticəsindən görünür ki, X4 alkoqolun miqdarı 0.487 % müəyyən edilmişdir. İş materiallarından görünür ki, X5 xx.xx.2022-ci il tarixində izahatı alınarkən spirtli kokteyl içməsini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iş materiallarında olan məlumatları nəzərə alaraq qeyd edir ki, Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nin polis mayoru X2 tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 333.1 və 332.1-ci maddələri ilə qəbul edilmiş TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən ediməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, X3 şikayətinə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Odur ki, X3 formal mülahizələrə əsaslanaraq barəsində qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini iddia etməsi ilə, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə inzibati orqan tərəfindən düzgün qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsinə dair verdiyi şikayət əsassızdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X3 şikayəti rədd edilsin. Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nin polis mayoru X2 tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 333.1 və 332.1-ci maddələri ilə qəbul edilmiş TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1829/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1829/2022
30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver