Məhkəmə qərarları › İş №3(007)-1832/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1832/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1832/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3, Bakı şəhəri Nizami rayon X10 Şöbəsinin yol patrul xidməti inspektou, polis serjantı X1 iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.3, 332.1, 332.3, 511.1.3 və 511.3-cü maddələri ilə Bakı şəhəri Nizami rayonu Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:35 radələrində “KİA” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Heydər Əliyev prospekti ilə hərəkət edərkən qayda pozuntusuna yol vermiş, DYP əməkdaşı ona saxla əmri vermiş, DYP əməkdaşının tələbinə tabe olmayaraq hərəkətini davam etdirmiş, sürəti kəskin artıraraq “Koroğlu” metrostansiyasının qarşısında kəskin manevr səbəbindən nəqliyyat vasitəsinin arxa təkəri qalxmış, Daha sonra isə Ziya Bünyadov prospektinə daxil olduqdan sonra əl əyləcindən istifadə edərək, eyni zamanda avtomobili sürətləndirməsi səbəbindən drift etmişdir. Daha sonra sürücü saxlanılmış, nəqliyyat vasitəsini idarə etmə hüququ və avtomobilə dair etibarnamənin olmadığı müəyyən edilmişdir. Bununla da ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmuşdur. Bununla da o, İXM-in 327.1, 327.3, 332.1, 332.3 və 511.1.3 və 511.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Daxili İşlər Nazirliyi Nizami rayon DYPŞ Yol Patrul Xidməti inspektoru X5 tərəfindən xx.xx.2023-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, həqiqətən də xx.xx.2023-cü il tarixdə saat 23:35 idarə etdiyi avtomobillə qayda pozuntusu törətmiş, polisin saxla əmrinə tabe olmamışdır. Avtomobili idarə etməyə etibarnaməsi və sürücülük hüququ olmadığı üçün panikaya düşdüyü üçün belə hərəkətlər etmişdir. Əməlindən peşmandır. Protokol tərtib etmiş Daxili İşlər Nazirliyi Daxili İşlər Nazirliyi Nizami rayon DYPŞ Yol Patrul Xidməti inspektoru X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:35 radələrində “KİA” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Heydər Əliyev prospekti ilə hərəkət edərkən qayda pozuntusuna yol vermiş, DYP əməkdaşı ona saxla əmri vermiş, DYP əməkdaşının tələbinə tabe olmayaraq hərəkətini davam etdirmiş, sürəti kəskin artıraraq “Koroğlu” metrostansiyasının qarşısında kəskin manevr səbəbindən nəqliyyat vasitəsinin arxa təkəri qalxmış, Daha sonra isə Ziya Bünyadov prospektinə daxil olduqdan sonra əl əyləcindən istifadə edərək, eyni zamanda avtomobili sürətləndirməsi səbəbindən drift etmişdir. Qeyd olunanlara əsasən şəxs barəsində protokol tərtib olunmuş və məhkəməyə göndərilmişdir. İş materiallarında olan hadisənin CD disk yazısına baxış zamanı görünür ki, “KİA” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobil ötmə qaydalarını nümayişkaryanə şəkildə dəfələrlə pozmuşdur. Müxtəlif üsullarla davamlı şəkildə yol qaydasını kobud şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi ilə müşaiət olunan qərəzli hərəkətlər etməklə avtoxuliqanlıq etmişdir. Həmçinin avtomobilinin saxlamaması üçün polisin tələblərinə tabe olmamışdır. İXM-in 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 511.3-ci maddəsinə əsasən Bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə yanaşı inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.1, 327.3, 332.1, 332.3-cü maddələrinə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid deyil. Buna görə də inzibati xəta haqqında protokol həmin hissədə müvafiq tədbirlər görülməsi üçün daxili işlər orqanına qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 511.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən İXM-nin 511.3-cü maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN X6 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nə həvalə edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.3, 332.1, 332.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Nizami rayon Polis İdarəsinə qaytarılsın. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 05 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X4 30 (otuz) manat (5x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar