Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1833/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, Mustafayev əşrəf Əli oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Binəqədi rayonu, Mir Cəlal küçəsi ev 13/1-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli 2(007)-2322 saylı icra vərəqəsindən görünür ki, Şəxs X5 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəlki 3 il ərzində hər ay hər uşağa görə sabit pul məbləğində 50 manat olmaqla cəmi 100 manat, 3 ilə görə 3600 manat, 04 iyun 2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat olmala cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq X4 xeyrinə tutulması qət edilmişdir. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərar ilə xx.xx.2022-cı il tarixli 2(007)-2322/2022-006 saylı iş üzrə icraata başlanılmış və borclu Şəxs tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş 30.03. 2023-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Nizami rayon İcra Şöbəsinin icraatında olan xx.xx.2022-cı il tarixli 2(007)-2322/2022- 006 saylı icra vərəqəsinin icrası ilə bağlı hər hansı bir könüllü ödəniş həyata keçirməmiş, nəticədə borcu yaranmış və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X3 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatında Şəxs barəsində Nizami rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli 2(007)-2322/2022-006 saylı icra vərəqəsi üzrə icra işi mövcuddur, icra sənədinin icrasına başlanılmış, və borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Borclu icra sənədi üzrə toplanmış borcdan ödəniş etməmiş və nəticədə təxminən 7000 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icraatında olan icra işi üzrə yaranmış borcdan xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə isə 300 manat ödəmişdir, hal-hazırda borcun ödənilməsindən yayınmır. Qalan borcu da hissə-hissə ödəyəkdir. Qeyd olunanlara əsaəsn, məhkəmədən barəsindəki inizbati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. İş üzrə tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında borclu tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlər ilə müəyyən olundu ki, borclu Şəxs tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli 2(007)-2322/2022-006 saylı icra sənədi üzrə yaranmış borcdan 500 manat və 300 manat məbləğində tələbkara ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs tələbkara müəyyən məbləğlərdə ödəniş etməsi, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X6 ödənilmək üçün 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1833/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1833/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver