Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1842/2024 19.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X5 iclas katibliyi, X1 vəkili-nümayəndəsi Vəkil İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin baş məsləhətçisi-Nümayəndə iştirakı ilə, X1 vəkili-nümayəndəsi Vəkil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X1 vəkili-nümayəndəsi Vəkil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından şikayət verərək, qərarı ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər ərazi idarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarı ilə Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirl bilinməklə 4000 manat məbləğində inzibati cərimə olunmuşdur. Bildirmişdir ki, X2 ilə 07.01,2024-cü il tarixdə tapşırıq müqaviləsi bağlamış, müqavilə öhdəliklərinə əməl etmədiyinə görə onunla bağlanmış tapşırıq müqaviləsinə 12 fevral 2024-cü il tarixdə xitam verilmişdir. Bundan sonra X10 Azərbaycan Respublikası Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər ərazi idarəsinə müracət edərək onun pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Şikayətin məzmunundan görünür ki, X10 pozulmuş hüquqların bərpasını xahiş edir və hüquqi nöqteyi-nəzərdən yanaşıldıqda bu xitam verilmiş tapşırıq müqaviləsinin bərpa olunması anlamına gəlir. Azərbaycan Respublikası Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər ərazi idarəsi isə idaronin səlahiyyətindən kənara çıxaraq qeyd olunan qərarı qəbul etmişdir. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Belə ki.bələdiyyə sədri(vəzifəli şəxs) Vüqar Quliyevin əməlində inzibati xətanın tərkibi yoxdur.
1. Qərarın əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, "X3 xx.xx.2017-ci il tarixində Nizami rayon Bələdiyyəsində müfəttiş vəzifəsinə qəbul edilmiş,onun əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2A bəndi inə əsasən xitam verilmişdir.xx.xx.2024-cü il tarixdə X11 eyni vəzifəyə(vergi müfəttişi) tapşırıq müqaviləsi əsasında cəlb olunmuşdur" Bu səbəbdən Bələdiyyənin sədri Vüqar Quliyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməklə 4000 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət daşıyır. Burada ik məqama diqqət yetirmək lazımdır. -Müqavilə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada bağlanmalıdır. -Müqavilə fiziki şəxslə bağlanmalıdır. X10 ilə müqavilə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada bağlanmış əmək müqaviləsi deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777-786-cı maddələrində nəzərdə tutulmuş qaydada bağlanmış tapşırıq müqaviləsidir. - X10 həmin müqaviləni fiziki şəxs statusunda deyil sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs statusunda bağlamışdır. O verfi ödəyicisidir və VÖENİ vardır. Qeyd olunan səbəblərə görə Bələdiyyə ilə X10 arasında bağlanmış müqavilə Əmək Məcəlləsi ilə tənzimlənə bilməz və bu işə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətində baxıla bilməz.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan,lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yel verilmir. - Qeyd olunan maddələrə istinad etməklə belə qənaətə gəlmək olar ki.Nizami Bələdiyyəsi ilə Nəzərova Samirə arasırda bağlanmış müqavilə mülki qanunvericiliyin tələblərinə zidd deyil. - Nəzərova Samirə ilə eyni funksiya yerinə yetirən başqa bir şəxslə əmək müqaviləsi bağlanmışdırsa, onunla da mütləq əmək müqaviləsi bağlanmalıdır yanaşması hüquqi yanaşma deyil. Belə ki,kiminlə hansı müqavilənin bağlaması bələdiyyənin vəzifəsi deyil, hüququdur.
3. Nəzərova Samirə azad şəkildə,öz iradə ifadəsini üstün tutaraq onunla bağlanmış tapşırıq müqaviləsini imzalamışdır. Müqaviləni bağladıqdan sonra bir müddət müqavilə öhdəliklərini yerinə yetirmş,həmin müqavilə ilə müəyyənləşdirilmş haqq almışdır.Yalnız “Vəkalət verən" tərəfindən həmin müqaviləyə xitam verildikdən sonra müxtəlif orqanlara və əmək müfəttişliyinə şikayət vermişdir.Bu o deməkdir ki, Nəzərova Samirə müqavilənin əsaslı olub-olmamasını mübahisələndirmir.Müqaviləyə xitam verilərkən qanun pozuntusuna yol verilməsini mübahisələndirir.Yuxarıda qeyd olunduğu kimi,müqavilə əmək müqaviləsi deyil,tapşırıq müqaviləsi olduğundan,həmn müqavilədən yaranmış mübahisələrə yalnız aidiyyəti üzrə müvafiq məhkəmədə baxıla bilər.Qərarın məzmunundan da görünür ki, X10 xx.xx.2017-ci il tarixində Nizami rayon Bələdiyyəsincə müfəttiş vəzifəsinə qəbul edilmiş:onun əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2A bəndinə əsasən xitam verilmişdir.Bundan 5 il sonra X4 olaraq Bələdiyyə ilə tapşırıq müqaviləsi bağlayaraq, onu imzalamışdır. Həmin müqaviləni bağlayarkən onun şərtlərinə,müqavilənin forma və məzmununa etiraz etməmiş və onunla məhz əmək müqaviləsi bağlanmasını tələb etməmişdir. Bələdiyyələr özünü maliyələşdirən təşkilat olmaqla öz büdcəsini yalnız fiziki və hüquqi şəxslərdən yığılan yerli vergilər hesabına formalaşdırır. Vergilərin qanunda nəzərdə tutulan qaydada hər ay tam olaraq yığılması subyektiv amillərdən asılıdır.Yəni.verg ödəyicilərinin hamısı müntəzəm olaraq vergi ödənişlərini ödəmirlər.Ona görə də ayıq büdcəni əvvəlcədən proqnozlaşdırmaq,aylıq əmək haqqı fondunu müəyyən etmək və işçilərin əmək haqqını vaxtlı-vaxtında ödəmək böyük çətinliklər yaradır.Məhz bu səbəbdən bəzi işçilərlə əmək müqaviləsi deyil,tapşırıq müqaviləsi bağlanması həm də obyektiv zərurətdən yaranır və qüvvədə olan qanunvericiliyə, bazar iqtisadiyyatının prinsiplərinə zidd deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1,3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilə bilər. X14 ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Ona görə də mübahisələndirdiyi qərardan verilən şikayətə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Bələdiyyə ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs arasında bağlanmış və sonradan "Vəkalət verənin" təşəbbüsü ilə xitam verilmiş müqavilə üzrə “Vəkalət alanın" pozulmuş hüquqlarının bərpa olunması barədə şikayətə baxarkən Azərbaycan Respublikası Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər ərazi idarəsi öz səlahiyyətlərinədn kənara çıxmış, məhkəmədə baxılmalı olan işə baxaraq qərar qəbul etmişdir. Bundan başqa səlahiyyətli orqan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələrini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallann araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifoli şoxoin) goldiyi noticolorin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Hesab edirəm ki,mübahisələndirdiyim qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1 -ci maddəsinin əksər bəndləri pozulmuşdur.Belə ki.mühim əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamışdır.Səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. İnzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər ərazi idarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarının ləğv olunması, Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin baş məsləhətçisi - Nümayəndə məhkəmə iclasında çıxış edərək bildirdi ki, vətəndaş X17 rayon bələdiyyəsi tərəfindən yerli vergilərin yığılması ilə bağlı işə cəlb olunmuş, lakin onlar arasında mövcud münasibətlər əmək məcəlləsi ilə tənzimlənməli olduğu halda, işçi ilə tapşırıq müaviləsi bağlanmışdır. Qeyd olunan halları, həmçinin Samirə Nəzərovanın məhz yerli vergilərin toplanması ilə bağlı, yəni bələdiyyənin əsas fəaliyyət sahəsi ilə bağlı işlərin yerinə yetirilməsinə cəlb olunmasını nəzərə alaraq şikayətin təmin edilməməsini və X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərii dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərara əsasən X14 Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli tapşırıq müqaviləsi Nizami rayon Bələdiyyəsi ilə X3 arasında bağlanmış və Nizami rayon Bələdiyyəsinin inzibati ərazisində qanunla fiziki və hüquqi şəxslər tərəfindən bələdiyyəyə ödənilməli olan yerli vergilərin yığılmasınına dair fəaliyyət sahəsini əhatə edir. Şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Belə ki, İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd olunan maddənin tərkib əlamətləri öz əksini tapmır. Belə ki, vətəndaş Samirə Nəzərova ilə Nizami rayon Bələdiyyəsi arasında Mülki Məcəllənin 777-786-cı maddəsinin tələblərinə cavab verən xx.xx.2024-cü il tarixli tapşırıq müqaviləsi mövcud olmuşdur. İş materiallarına əlavə edilmiş tapşırıq müaviləsi qanunun müddəlarına cavab verməklə tərtib olunmuş və əmək məcəlləsi ilə tənzimlənən məsələlər ( müavinətlər, iş saatı, istirahət vaxtı, məzuniyyət hüququ vəs) qeyd olunmamışdır. Həmçinin işin halları araşdırılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tapşırıq müqaviləsi formal xarakter daşımamış, həqiqətən də X8 Nizami rayon Bələdiyyəsi tərəfindən müvafiq xidmətlərin göstərilməsi( yerli vergilərin toplanması) həvalə edilmişdir. Qeyd olunan fakt vətəndaş S.Nəzərova tərəfindən X9 ünvanlanmış müraciətdə də öz əksini tapır. Belə ki, vətəndaş ərizə ilə müraciət edərək Nizami rayon Bələdiyyəsi ilə arasında olan tapşırıq müaviləsinə xx.xx.2024-cü il tarixdə əsassız olaraq birtərəfli qaydada xitam verilməsindən şikayət etmişdir. Beləliklə, bu hal onlar arasında tapşırıq müaviləsinin mövcudluğunu sübut etmiş olur ki, belə olduğu təqdirdə onlar arasında əmək müqaviləsinin bağlanmasına zərurət qalmır. Belə ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin d bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə Əmək Məcəlləsi şamil edilmir. Hazırkı iş üzrə tərəflər arasında tapşırıq müqaviləsi mövcud olduğundan əmək müqaviləsinin bağlanması zərurəti aradan qalxmış olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 42-ci maddəsinin tələbinə əsasən əmək münasibətləri yaratmayan və yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlanmağa məcbur edilə bilməz. Belə ki tərəflərin iradə sərbəstliyi əsasında onlar arasında tapşırıq müqaviləsi bağlanmış və X13 ilə əmək müqaviləsi bağlanması zərurəti olmadığından Nizami rayon Bələdiyyəsi sədri X7 əməlində İXM-nin 192.1-ci maddəsinin tərkib əlaməti müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X7 vəkili-nümayəndəsi Vəkil şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, işin yuxarıda istinad olunan, faktiki müəyyən edilmiş hallarına əsasən mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şikayət təmin edilsin. X14 barəsində İXM-in 192.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Nigar Qədirli