Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1851/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu nəzərdən keçirib, hesab edirəm ki, protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1 və 75.0.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs. 99.2-ci maddəsinə əsasən inzibati xətalara dair məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır; 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir; 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. İş materiallarından görünür ki, inzibati xəta törədən şəxs düzgün müəyyən olunmamış, onun Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatı idarəsində qeydiyyatına, hüquqi ünvanına dair sənəd əldə edilməmişdir. Belə ki, inzibati xəta protokol “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC barəsində tərtib olunsa da, xəta “Hotel 28”-də aşkar olunduğu qeyd edilmişdir, ona görə bu hala aydınlıq gətirilərək xəta törədən şəxs dəqiq müəyyən edilməlidir. Protokola əlavə edilmiş məktubda xəta törədənin ünvanı kimi qeyd edilən Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 115 ünvanının xəta törədən şəxsin ünvanı olması təsdiq edilmir, hansı ki, həmin ünvan Dövlət Vergi Xidmətinə aid olan Milli Gəlirlər İdarəsinin hüquqi ünvanıdır. İnzibati xəta haqqında protokolda yerində çəkilmiş fotoşəkillərin olduğu qeyd edilsə də, bu sübutlar protokola əlavə edilməmişdir. Bundan başqa, protokolda xətanın törədildiyi ünvan göstərilməmişdir, hansı ki, işin baxılma yerinin müəyyən edilməsi üçün bu, zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə geri qaytarılsın. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1851/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1851/2020
13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver