Məhkəmə qərarları › İş №3(007)-1852/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1852/2021

29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1852/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X5 nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X5 barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X7 mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı Ş.Ə.Vahidov tərəfindən 25.06.2021-ci il tarixdə, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X5 nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, “Seyra 24” yük markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil Heydər Əliyev adına X5 mülkiyyətində deyil və Heydər Əliyev adına X5 mülkiyyətində heç bir nəqliyyat vasitəsi yoxdur. Nəqliyyat vasitəsi və sürücülər barədə məlumatı SOCAR-ın Nəqliyyat İdarəsindən əldə etmək olar. Məhkəmədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına X5 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X6 ünvanlanmış bildirişdən görünür ki, 31.05.2021-ci il tarixdə saat 09:40-da “Seyra 24” yük markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sabunçu rayonu “Olimpiya” stadionunun yaxınlığında Mərkəz istiqamətində hərəkətdə olarkən müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədən idarə edilmişdir. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X4 inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. - həmin bildirişə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamənin surətindən görünür ki, xəbərnamədə “Məmmədova” soyadlı şəxsə imza etdirilməklə 16.06.2021-ci il tarixdə təqdim edilməsi qeyd olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 12.06.2014-cü il tarixli, ARDNŞ/14- 1000/01/SM-04-000066 nömrəli Nəqliyyat İdarəsinin strukturunun təşkil olunması haqqında əmrdən görünür ki, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən Nəqliyyat və Xüsusi Texnika İdarəsi, H.Əliyev adına Bakı X5 Avtomobil və dəmiryolu nəqliyyatı üzrə 15 nömrəli sexinin Avtomobil dəstəsi və İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Avtonəqliyyat sahəsinin yenidən təşkil edilməsi və onların maddi texniki bazasında Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin yaradılması, ARDNŞ-nin Baş ofisinin Daşımalara Nəzarət Departamentinə (E.İbrahimov) və ARDNŞ-nin Nəqliyyat İdarəsinə (E.Zülfüqarov) ARDNŞ-nin digər müəssisə və təşkilatların balansında olan nəqliyyat və xüsusi texnika vasitələrinin ARDNŞ-nin Nəqliyyat İdarəsinin balansına verilməsi ilə bağlı təkliflərini ARDNŞ-nin rəhbərliyinə təqdim etmələrinin tapşırılması barədə əmr verilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 3(007)-1852/2021 saylı qərarından görünür ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi”nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2017/2021 saylı, 31.08.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 3(007)-1852/2021 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə “Seyra 24” yük markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X5 mülkiyyətində olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X5 əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar