Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1857/2022 18.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1, tələbkar X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2554/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərərqəsinə əsasən, 29 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı tarixdən başlayaraq hər ay cavabdeh Şəxs aylıq qazancının 1\4 hissəsində aliment tutularaq X5 verilməlidir. İnzibati işdə olan qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2554/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərərqəsi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan bildirişdən görünür ki, icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş 10 avqust 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs alimentə görə yığılmış 1000 manat pulu ödəməkdən yayınmış və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X3 izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2554/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərərqəsinə əsasən, 29 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı tarixdən başlayaraq hər ay cavabdeh Şəxs aylıq qazancının 1\4 hissəsində aliment tutularaq X5 verilməlidir. İcra sənədi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. Borclu Şəxs icra sənədi üzrə tələbin könüllü icrası barədə müvafiq bildiriş göndərilmişdir. Lakin, Şəxs icra vərərqəsi üzrə yaranmış 1000 manat aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında tələbkar X8 izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2554/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərərqəsinə əsasən, 29 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı tarixdən başlayaraq hər ay cavabdeh Şəxs aylıq qazancının 1\4 hissəsində aliment tutularaq ona verilməlidir. Şəxs icra vərərqəsi üzrə yaranmış 1000 manat aliment borcundan ona 200 manat ödəniş etmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2554/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərərqəsinə əsasən, 29 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı tarixdən başlayaraq hər ay aylıq qazancının 1\4 hissəsində aliment tutularaq X5 verilməlidir. İcra vərərqi üzrə yaranmış 1000 manat aliment borcundan X5 200 manat ödəmiş etmişdir. Barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2554/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərərqəsi üzrə yaranmış aliment borcundan müəyyən məbləğdə ödəniş etməsi onun icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 10 avqust 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1857/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1857/2022
18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver