Məhkəmə qərarları › İş №3(007)-1859/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1859/2022

24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1859/2022 24.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 iştirakı ilə, X3, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Bakı şəhər DYPİ polis baş leytenantı X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər DYPİ polis baş leytenantı X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində 60 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. xx.xx.2022-ci ildə X3 Bakı şəhər DYPİ polis baş leytenantı X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Qara Qarayev prospekti, Q.Qarayev metrostansiyası istiqamətində hərəkətdə olan vaxt Bakı şəhəri DYP-nin inspektorunun idərə etdiyi DYP avtomobili tərəfindən saxlanılmışdır. Saxlanılan vaxt İnspektor heç bir sübut olmadan hsç bir video görüntü olmadan əsassız şəkildə onun idarə etdiyi avtomaşını saxlamış və şifahi olaraq bildirmişdir ki, Azərbaycan Respublikası İXMnin 327.2 ci maddəsinin tələbini pozmuşdur ona protokol tərtib edilir. O, buna qətiyyətlə etirazını bildirmiş amma buna baxmayaraq ona qərarsız protokol tərtib edərək ərazidən çıxıb getmişdir. Bildirirmişdir ki, qanunun tələbləri inspektor tərəfindən kobud surətdə pozulmuş və sübuta yetirmədiyi halda ona protokol tərtib etmişdir. O, inspeklorun bu kimi hərəkətlərinə kəskin şəkildə qanun çərçivəsində etirazını bildirmişdir. Burada xüsusilə qeyd etmişdir ki, sübuta yetirilməyən iddia sürücünün xeyrinə yekunlaşmalıdır. O, bir daha qeyd etmişdir ki, heç bir pozuntuya yol verməmişdir, hərəkətdə olan vaxt işiqforun qadağan edici işiğında keçmədən heç bir avtomobilin hərəkətinə mane olmadan hərəkətini davam etdirmişdir. Qanunun tələbləri inspektor tərəfindən kobud surətdə pozulmuş və sübuta yetirmədiyi halda ona protokol tərtib etmişdir. O, inspektorun bu kimi hərəkətlərinə kəskin şəkildə qanun çərçivəsində etirazını bildirmişdir. Burada xüsusilə qeyd etmişdir ki, sübuta yetirilməyən iddia sürücünün xeyrinə yekunlaşmalıdır. O, bir daha qeyd etmişdir ki, heç bir pozuntuya yol verməmişdir. Protokoldan şikayət verməsinə baxmayaraq qərar ona təqdim edilməmişdir, o, özü BDYP-yə xx.xx.2022-ci ildə müraciət edərək qərarı əldə etmişdir. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhər DYPİ polis baş leytenantı X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ polis leytenantı X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində 60 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, YPX inspektoru tərəfindən birbaşa inzibati tənbeh vermə haqqında qərar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin edilmədən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, X5 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərarda nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblərin pozulması göstərilsə də, bunun subutu kimi istinad olunan hallar göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ polis leytenantı X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ polis leytenantı X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Haki Rauf Əhmədov İş № 3(007)-1124/2022 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 iştirakı ilə, Bakı şəhərində, Nizami rayon Məhkəməsinin binasında, 16 may 2022-ci il tarixdə Bakı şəhər DYPİ polis leytenantı X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxılır. İclas saat 11:10-da açıldı. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə katibi məruzə edərək bildirir ki, məhkəmə iclasında barəsində inzibati xəta iş üzrə qərar çıxarılmış şəxs X5 iştirak edir. Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir Sədrlik edən bununla bağlı barəsində inzibati xəta iş üzrə qərar çıxarılmış şəxs X3 fikini soruşur. Barəsində inzibati xəta iş üzrə qərar çıxarılmış şəxs X5: Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini xahiş edirəm. Məhkəmə yerində müşavirə edərək, Qərara aldı: Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclası keçirilsin. Sədrlik edən barəsində inzibati xəta iş üzrə qərar çıxarılmış şəxsin şəxsiyyətini müəyyən edir Barəsində inzibati xəta iş üzrə qərar çıxarılmış şəxs: X3, xx.xx.1991-ci ildə Tiflis şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli,heç yerdə işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Sədrlik edən bildirir ki, işə hakim R.T.Əhmədovun sədrliyi, məsləhətçi N.B.İmanovun katibliyi ilə baxılır. Sədrlik edən və elan olunmuş tərkibə etiraz etmə hüquqlarını izah edir. Elan olunmuş tərkibə etiraz olmadı. Sədrlik edən barəsində inzibati xəta iş üzrə qərar çıxarılmış şəxsə Azərbaycan Respublikasının İXM-nin 61-ci maddəsinə əsasən hüquq və vəzifələrini izah edir. Sədrlik edənin s-c- X5: hüquq və vəzifələrim mənə aydındır. S-c- Mənə məhkəmə iclasında müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququm izah olundu, mən müdafiəçidən imtina edirəm. Hüquqlarımı özüm müdafiə edəcəyəm. Hakim qərarından şikayət verilmiş hüquqi şəxsin nümayəndəsinə Azərbaycan Respublikasının İXM-nin 64-cü maddəsinə əsasən hüquq və vəzifələrini izah edir. Hakimin s-c- nümayəndə-hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti elan edir. Sədrlik edən barəsində inzibati xəta iş üzrə qərar çıxarılmış şəxsdən iş üzrə əlavə sübutların təqdim edib-etməməsini, etiraz və vəsatətlərin olub-olmamasını soruşur. İş üzrə etiraz və vəsatət daxil olmadı. Sədrlik edən X4 izahat verməyi təklif edir. X3 izahatı: - Şikayətimi müdafiə edirəm. Mən, inzibati xəta haqqında protokolla İXM-nin 327.2-ci maddəsi ilə tətbiq edilmiş cərimə ilə razı deyiləm. Mən, 27 aprel 2022-ci il tarixdə, adına qeydiyyatda olan, idarə etdiyim “Chevrolet Cruze” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nizami rayonu Neon şadlıq sarayının yaxınlığında hərəkət edərkən Bakı şəhər YPX əməkdaşı X6 tərəfindən saxlanıldım. Mənə saxlanılma səbəbi konstruksiya dəyişikliyi ilə bağlı olduğu bildirilmişdi. Lakin səsboğucu və bununla bağlı heç bir cihazla yoxlanılma aparılmadan, heç bir sənəd təqdim edilmədən və mənim barəmdə protokol tərtib edilmədən avtomobili mənim razılığım olmadan cərimə meydançasına yerləşdirilmişdi. Odur ki, göstərilənlərə əsasən şikayətimin təmin olunmasını məhkəmədən xahiş edirəm. X1 olmadı. Sədrlik edən iştirak edən şəxsdən iş üzrə əlavə sübutların təqdim edib-etməməsini, vəsatətlərin olub-olmamasını soruşur. İş üzrə əlavə sübut və vəsatət daxil olmadı. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq etdikdə sonra müşavirəyə gedir, qayıtdıqdan sonra sədrlik edən inzibati xəta haqqında iş üzrə qərarı elan edir. Sədrlik edən qərarın məzmununu, şikayət vermək qaydasını və müddətini izah edir. Məhkəmə iclası bağlı elan edildi. Protokol 16 may 2022-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar