Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1861/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X2 iştirakı ilə, Şəxs, xx.xx.1988-ci ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayonu, Əndəmic kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ordubad rayonu, Əndəmic kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqında protokoldan görünür ki, Şəxs X1 əsasən (OPİ Kakos), AMP (Amfetomin) və THC (Marixuana) adlanan narkotik vasitələri istifadə etmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək, narkotik vasitə qəbul etdiyini etiraf etmiş, əməlindən peşman olduğunu və barəsində həbslə əlaqədar olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X3 izahatında bildirmişdir ki, Şəxs narkotik vasitələrdən istifadə etməsi şübhə doğurduğundan, Nizami rayonu polis əməkdaşları tərəfindən saxlanılmış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə göndərilmiş və 27 iyul 2022-ci il tarixli, 4107 saylı rəyə əsasən, onun müayinə zamanı narkomaniya xəstəliyindən əziyyət çəkməməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması aşkarlanmş və ərazi narkoliji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 27 iyul 2022-ci il tarixli, 4107 saylı rəyə əsasən, Şəxs müayinə zamanı narkomaniya xəstəliyindən əziyyət çəkməməsi aşkar olunmuşdur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X3 tərəfindən tərtib edilmiş 15 iyul 2022-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 15 iyul 2022-ci il, saat 17:00-da inzibati qaydada tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə, törətdiyi əməldən səmimi peşman olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir və iş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı faktiki tutulduğu 15 iyul 2022-ci il, saat 17:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli 15 iyul 2022-ci il, saat 17:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1861/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1861/2022
10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver