Məhkəmə qərarları › İş №3(007)-1862/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1862/2022

10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1862/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X2, şahid BŞDYPİ-nin YPXA-nın MEBnin İİİ tağımının YPX inspektoru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəlllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X5 tərəfindən tərtib edilmiş 10 avqust 2022-ci tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 avqust 2022-ci il tarixdə saat 20:37 radələrində Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində polis əməkdaşlarının qanuni tələbinə əməl etməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində tərtib olunmuş 10 avqust 2022-ci tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X5 izahatında göstərmişdir ki, 09 avqust 2022-ci il tarixdə saat 20:37 radələrində Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində Şəxs avtomobilində konstruktiv dəyişikliklərin olduğunu görüb, avtomobildə yoxlama keçirən zaman ona qanuni tələblərə tabe olması üçün yaxınlaşmış polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, törətdiyi əməli etiraf edərək polis əməkdaşlarına tabesizlik göstərdiyi bildirmiş və əməlindən səmimi peşmaçılıq hissi keçirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid BŞDYPİ-nin YPXA-nın MEB-nin İİİ tağımının YPX inspektoru X7 izahatında göstərmişdir ki, 09 avqust 2022-ci il tarixdə saat 20:37 radələrində Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində Şəxs avtomobilində konstruktiv dəyişikliklərin olduğunu görüb, avtomobildə yoxlama keçirən zaman avtomobildə konstruktiv dəyişikliklərin olduğunu aşkar etmişdir. Polis əməkdaşları tərəfindən avtomobilin dayanacaqda saxlanılması tələb edilsə də, sürücü bundan imtina edib polis əməkdaşlarının qanuni tələblərinə əməl etməkdən yayınmışdır. Bundan sonra ərazidə xidmət edən ÇPA-nın əməkdaşları hadisə yerinə yaxınlaşmış və sürücünün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilməsini təmin etmişlər. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdırıb, iş üzrə icraatda iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs təqsiri tam sübuta yetirilmiş və əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarda olan 24-cü Polis Şöbəsinin sahə inspektoru X5, BŞDYPİ-nin YPXAnın MEB-nin İİİ tağımının YPX inspektoru Polis Baş X1, X3 tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs 09 avqust 2022-ci il tarixdə saat 20:37 radələrində Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində onun avtomobilində konstruktiv dəyişikliklərin olduğunu görüb, avtomobildə yoxlama keçirən zaman avtomobildə konstruktiv dəyişikliklərin olduğunu aşkar etmişlər. Polis əməkdaşları tərəfindən avtomobilin dayanacaqda saxlanılması tələb edilsə də, sürücü bundan imtina edib polis əməkdaşlarının qanuni tələblərinə əməl etməkdən yayınmışdır. Bundan sonra ərazidə xidmət edən ÇPA-nın əməkdaşları hadisə yerinə yaxınlaşmış və sürücünün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilməsini təmin etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın onun səmimi etirafı ilə yanaşı raportlarla, izahatla, inzibati xəta haqqında protokolla və işin digər halları ilə tam təsdiq olunduğunu qeyd edir və nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmadığını nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Şəxs 09 avqust 2022-ci il tarixdə saat 22:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada tutulması nəzərə alınmaqla, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ona yüz əlli manat məbləğində cərimə təyin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə ilə tənbeh edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar