Məhkəmə qərarları › İş №3(007)-1863/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1863/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1863/2022 23.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, 17 yanvar 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, X2 Bakı şəhər DYPİ-nin TP ******* saylı 23 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı 23 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə saat 08:22-də idarə etdiyi “CHEVROLET CRUZE” minik markalı ** SN *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi küçəsində hərəkətdə olarkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. X1 şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, 14 iyul 2022-ci il tarixdə qanunun tələbinə zidd olaraq Bakı şəhər BDYPİ-nə çağırılmış və xx.xx.2022-ci il tarixdə inzibati xəta törətdiyi bildirilərək ona inzibati xəta törətdiyi iddia olunan videolar göstərilmişdir. Bakı şəhəri Qara Qarayev prospekti, Nəsimi küçəsində eyni yerdə xüsusi texniki vasitə ilə barəsində İXP nömrəli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbu ki, həmin məhəllə arası yoldan Nəsimi küçəsinə çıxarkən məcburi hərəkət istiqaməti bildirən yol nişanı yoxdur və yol üfüqi nişanı (qoşa xətt) silindiyi üçün yol üfüqi nişanlanma standartına uyğun olmadığına görə hər kəs o yola sola dönərək çıxır. Ona məxsus “Asanpay” elektron kabinetinə göndərilən protokolların heç birinə nə foto nə də video əlavə edilməmişdir. Çünki videodan da bəllidir ki, üfüqi nişan silindiyi üçün görünmür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 şikayətə uyğun izahat verərək, Bakı şəhər DYPİ tərəfindən barəsində qəbul edilmiş TP ******* saylı 23 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edimişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhər DYPİ polis baş leytenantı X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ polis leytenantı X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində 60 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, YPX inspektoru tərəfindən birbaşa inzibati tənbeh vermə haqqında qərar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin edilmədən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, X4 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarda üfüqü nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və geriyə dönmə qaydalarının pozulması göstərilsə də, bunun subutu kimi istinad olunan hallar göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ polis leytenantı X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.2, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ polis leytenantı X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar