Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1866/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə inspektoru X1, Nizami rayon Polis İdarəsi PPX bölüyü polis nəfəri X4 iştirakları ilə, xx.xx.1990-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin xidməti binasında uca səslə ünvansız söyüşlər söymüş, agressiv şəkildə tabesizlik etmiş, idarənin iş rejimini pozmuşdur. Bununla da protokol tərtib etmiş səlahiyyətli orqan hesab etmişdir ki, Şəxs bu hərəkətləri ilə polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə inspektoru X3 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin xidməti binasında uca səslə ünvansız söyüşlər söymüş, agressiv şəkildə tabesizlik etmiş, bununla da polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə qeyd olunan şəxs barəsində onun tərəfindən protokol tərtib olunmuş, baxılması üçün məhkəməyə göndərilmişdir. Nizami rayon Polis İdarəsi PPX bölüyü polis nəfəri X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin xidməti binasında xidmətdə olarkən bir nəfər şəxsin uca səslə ünvansız söyüşlər söyməsi, xəbərdarlıq olunmasına baxmayaraq hərəkətlərinə davam etdirməsi və bununla da polisə tabesizlik göstərməsi onun tərəfindən aşkar edilmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildridi ki, hadisə baş verən zaman tək olmuş və hadisənin qeydə alındığı videomüşahidə yazısı hal-hazırda mövcud olmadığından məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, 19 mart 2023-cü il tarixdə başqa məsələ ilə bağlı Nizami RPİ-nin 24-cü PB-nə dəvət edilmiş, daha sonra isə ona bir neçə gün sonra bölməyə yaxınlaşması bildirilmişdir. 30 mart 2023-cü il tarixdə idarənin təhqiqatçısı onunla əlaqə saxlayaraq idarəyə gəlməsi bildirilmiş, o da öz növbəsində 31 mart 2023-cü il tarixdə Nizami RPİ-nə gəlmiş, orada olduğu müddət ərzində heç bir formada polisə tabesizlik göstərməmiş, yalnız məsələnin niyə bu qədər uzadılmasından, süründürməçiliyə yol verilməsindən narazılğını bildirmişdir. Daha sonra onun barəsində protokol tərtib olunmuş və məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin ünvanına tərtib edilmiş raportda göstərilir ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin xidməti binasında uca səslə ünvansız söyüşlər söyməsi və onun xəbərdarlıq olunmasına baxmayaraq hərəkətlərinə davam etdirməsi və bununla da polisə tabesizlik göstərməsi aşkar edilmişdir. Beləliklə şəxs tərəfindən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Lakin raportda və protokolda qeyd olunan hərəkətlərin şəxs tərəfindən törədilməsinə dair hər hanısa sübut məhkəməyə təqdim edilməmiş, həmçinin iş üzrə şahidlər cəlb edilməmişdir. Məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin şəxsin təqsirləndirildiyi əməl kimi göstərilmiş və şəxsə qarşı İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş protokolda, göstərilmiş əməldə inzibati xəta tərkibinin mövcud olması sübut olunmur. İş materiallarında olan protokoldan, raportdan, Şəxs izahatından, məhkəməyə verdiyi ifadəsindən, bəlli olur ki, Şəxs polis əməkdaşlarına tabesizlik nümayiş etdirməmiş, fiziki olaraq heç bir zərər yetirməmiş, onları təhqir etməmişdir. Bununla da protokolda göstərilən əməldə İXM-nin 535.1-ci maddəsində müəyyən edilmiş inzibati xəta tərkibi mövcud deyildir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1866/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1866/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver