Məhkəmə qərarları › İş №3(007)-1869/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1869/2021

03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1869/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının İnzibati icraat və məhkəmə işləri şöbəsinin aparıcı mütəxəssisi Fərhad Yadigarov tərəfindən tərtib edilmiş 16.06.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC 19487,84 ABŞ dolları məbləğində olan vəsaiti Bank hesabından 29.05.2019-cu il tarixdə ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də 19487,84 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, "xxxx" MMC ilə “ZHANG KE CHU CO.,LTD” şirkəti arasında bağlanmış 08.05.2019-cu il tarixli müqavilə üzrə 29.05.2019-cu il tarixdə "xxxx" MMC tərəfindən “ZHANG KE CHU CO.,LTD” şirkətinin hesabına 19487,84 ABŞ dolları köçürülmüşdür. Köçürülmüş pulun məbləğində malların göndərilməsi barədə dəfələrlə şifahi və rəsmi olaraq “ZHANG KE CHU CO.,LTD” şirkətinə müraciət etmişlər. Həmin şirkət tərəfindən "xxxx" MMC-yə məktub göndərilərək pandemiya ilə əlaqədar müəssisənin ziyana uğradığını, yaxın zamanlarda 19487,84 ABŞ dolları məbləğində şüşə və ya keramik qablar göndərəcəklərini bildirmişlər. Köçürülmüş pulun müqabilində 28.06.2021-ci il tarixdə “ZHANG KE CHU CO.,LTD” şirkəti tərəfindən "xxxx" MMC-yə mallar göndərilmişdir. Məhkəmədən göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 04.06.2021-ci il tarixli, 16-01774-2021 nömrəli bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" ASC-dəki bank hesabından 29.05.2019-cu il tarixdə 19487,84 ABŞ dolları məbləğində qabaqcadan köçürülmüş ödənişin bəyan edilməyən 19487,84 ABŞ dolları hissəsi ilə əlaqədar köçürülmənin aparıldığı tarixdən 2 il ərzində müvafiq malların ölkəyə idxalını (idxal olunan xidmətlərin göstərilməsini) və ya qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmasını təsdiq edən sənədlər müvəkkil banka təqdim edilmədiyindən əməldə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətlərinin müşahidə edildiyi, göstərilən faktla bağlı cəmiyyətin əməldə inzibati xəta tərkibinin olmasını istisna edən sübutların 16.06.2021-ci il tarixədək təqdim edilmədiyi təqdirdə müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib olunacağı barədə xəbərdar edilmişdir. - 24.05.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “ZHANG KE CHU CO.,LTD” şirkəti ilə "xxxx" MMC arasında bağlanmış 08.05.2019-cu il tarixli, WX17E312 saylı müqavilə üzrə 29.05.2019-cu il tarixdə "xxxx" MMC tərəfindən “ZHANG KE CHU CO.,LTD” şirkətinin hesabına 19487,84 ABŞ dolları köçürülmüşdür. - "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının İnzibati icraat və məhkəmə işləri şöbəsinə ünvanlanmış 16.06.2021-ci il tarixli, E-06 nömrəli məktubdan görünür ki, 18475,75 və 19487,84 ABŞ dolları məbləğində pul Çin Xalq Respublikasında yerləşən “ZHANG KE CHU CO.,LTD” şirkətinə malların alınması ilə əlaqədar göndərilmişdir. Lakin “ZHANG KE CHU CO.,LTD” şirkətindən onlara mal daxil olmamışdır. Onlara dəfələrlə şifahi və rəsmi məktubları olmuşdur. Eyni ilə "xxxx" ASC-yə onların dəfələrlə bu barədə şifahi bildirişləri olmuşdur. - "xxxx" MMC tərəfindən “ZHANG KE CHU CO.,LTD” şirkətinə ünvanlanmış 21.01.2020-ci il tarixli, 06 nömrəli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən “ZHANG KE CHU CO.,LTD” şirkətinə 21.05.2019-cu il tarixdə WX17E312 saylı müqavilə üzrə və WX17E312 saylı invoysa əsasən 19487,84 ABŞ dolları məbləğində şüşə malların Azərbaycana çatdırılmasına görə pul göndərilmişdir. Lakin onlara dəfələrlə şifahi müraciətlərinə baxmayaraq bu günə kimi heç bir mal göndərməmişlər. Həmçinin bu mallar Azərbaycana göndərilməsə və ya onlara göndərdikləri 19487,84 ABŞ dolları geri "xxxx" MMC-yə köçürülməsə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən cərimələnəcəklərini bildirmişlər və 19487,84 ABŞ dolları məbləğində olan malları təcili olaraq göndərmələrini xahiş etmişlər. - “ZHANG KE CHU CO.,LTD” şirkəti tərəfindən "xxxx" MMC-yə göndərilmiş məktubdan görünür ki, "xxxx" MMC ilə bağlanmış WX17E312 saylı, 07.05.2019-cu il tarixli müqaviləyə əsasən köçürülmüş 19487,84 ABŞ dolları məbləğində pulu onlara geri hesaba qaytara bilmirlər. Hal-hazırda müəssisələri pandemiya vəziyyətinə görə ziyana uğrayır. Yaxın zamanlarda isə 19487,84 ABŞ dolları məbləğində şüşə və ya keramik qabları Azərbaycana göndərəcəklərinə söz vermişlər. - 28.06.2021-ci il tarixli, **********5667 nömrəli gömrük bəyannaməsindən görünür ki, 08.05.2019-cu il tarixli, WX17E312 saylı müqavilə üzrə 29.05.2019-cu il tarixdə ödənilmiş 19487,84 ABŞ dolları vəsaitin müqabilində “ZHANG KE CHU CO.,LTD” şirkəti tərəfindən "xxxx" MMC-yə 14678 ədəd şüşədən süfrə və mətbəx qabları göndərilmişdir. Göründüyü kimi 19487,84 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ödənişin aparıldığı 29.05.2019-cu il tarixdən 2 il ərzində deyil, yəni 29.05.2021-ci il tarixə qədər deyil, 28.06.2021-ci il tarixdə “ZHANG KE CHU CO.,LTD” şirkəti tərəfindən "xxxx" MMC-yə göndərilmişdir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXMnin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 19487,84 ABŞ dollarının 20 faizi, yəni 3897,56 ABŞ dolları məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar