Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1869/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhər Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol və materialları araşdıraraq məhkəmə hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur. Belə ki, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində və zərərçəkmiş şəxs barədə məlumatlar göstərilməmişdir. O cümlədən protokolun surətinin zərərçəkmiş şəxsə təqdim olunubolunmaması, olundğu halda hansı tarixdə təqdim olunması barədə protokolda hər hansı qeyd aparılmamışdır. Həmçinin icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əmlak vəziyyətinin yoxlanılması, bu barədə hər hansı bir AKT və ya arayışın tərtib edilməsi təqdim edilmiş materiallarda mövcud olmamışdır. Şəxsin əmlakının, gəlirinin, pulunun, tutma yönəldilə biləcək əmlakının gizlədilməsinə dair hər hansı bir sübut da protokola əlavə edilməmişdir. Həmçinin iş materiallarına əsasən borclunun cari iş yeri var, o, "xxxx" MMC-də döşəmə salan usta kimi çalışır və aylıq 350 manat əmək haqqı alır. Lakin icra məmuru tərəfindən tutmanın borclunun əmək haqqısına yönəldilməsi ilə əlaqəli hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə şəxsin bank hesablarının vəziyyəti barədə müvafiq sorğular verilməmişdir. Onun icra sənədini icra etmək iqtidarında olubolmaması və ya icra sənədini icra etmək iqtidarında olması, lakin onu icra etməməsindəki təqsirinin konkret nədə ifadə edilməsi təqdim edilmiş protokoldan və sənədlərdən görünmür. Belə olduğu təqdirdə icra məmuru tutmanı əmək haqqısına yönəltməli olduğu təqdirdə bununla bağlı müvafiq tədbirləri yerinə yetirməmişdir. Belə ki, tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası İcra haqqında Qanunun 45-ci maddəsində müəyyən edilmişdir. Həmçinin tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi əsasları və qadası Qanunun 63, 64, 65-ci maddələrində müəyyən edilmişdir. Həmin maddələrdə tutmanın borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi zamanı hər hansı bir əlavə məhkəmə qərarı və ya tələbkarın razılığı tələb edilmir. Beləliklə məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, borclunun tələbi ödəmək iqtidarında olması, lakin ödəməməsi, tələbin ödənilməməsinin borclunun hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, yəni borclunun tələbi ödəmək iqtidarının olması, lakin konkret üzürsüz səbəbdən ödəməməsi, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi barədə sübut təqdim edilməmişdir. Həmçinin borclunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun hər hansı konkret qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsinin hər hansı üzürsüz səbəblərdən olmasına dair sübut təqdim edilməmişdir. Qeyd edilməlidir ki, İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olur. İcra məmuru icra işi üzrə şəxsin təqsirinə dair kifayət qədər sübut toplamamışdır. Beləliklə hazırkı işə dərhal baxılmalı olduğundan, məhkəmə kifayət qədər sübut toplanmamış iş üzrə tərəflərə məhkəmə baxışında əlavə sübutlar təqdim etmək imkanı yarada bilməyəcəkdir. Çünki işə dərhal baxılmalı olduğundan, məhkəmə iclası sübut təqdim etmək üçün təxirə salına bilməyəcəkdir. Həmçinin şəxsin təqsirliliyinə dair sübutları məhkəmə toplamamalıdır. Bu İXM ilə qadağan edilmişdir. Beləliklə məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, materiallar və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur, kifayət qədər sübut toplanılmamışdır. Həmin pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə prosessual pozuntular kimi qiymətləndirilir. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün, yəni şəxsin təqsirinə dair kifayət qədər sübut toplanılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİM: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Nizami rayon İcra şöbəsinə geri qaytarılsın. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1869/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1869/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver