Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1870/2022 12.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Nizami rayon DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhər Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Nizami Rayon Polis İdarəsinin Dövlət Yol X4 Patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs, xx.xx.2022-ci il tarixdə, saat 08:55 radələrində etibarnamə olmadan idarə etdiyi “X5” minik markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Nizami rayonu, T.Abbasov küçəsində polisin saxla tələbini yerinə yetirməyər qaçmış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 327.3, 327.4, 511.1.3, 332.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Nizami Rayon Polis İdarəsinin Dövlət Yol X4 Patrul xidməti inspektoru, polis serjantı X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 08:55 radələrində etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi “X5” minik markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Nizami rayonu, T.Abbasov küçəsində polisin saxla tələbini yerinə yetirməyər qaçmış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 327.3, 327.4, 511.1.3, 332.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Nəticədə Şəxs barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 08:55 radələrində etibarnaməsi və sürücülük hüququ olmadan idarə etdiyi “X5” minik markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, polisin saxla tələbini yerinə yetirməyərək qaçmışdır. Ara küçələrin birində avtomobili saxlayaraq düşüb getmişdir. Etdiyi əməldən peşman olduğunu bildirdi və onun inzibati məsuliyyətdən azad edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin izahatını dinləyərək qeyd edir ki, toplanmış sübutlarla Şəxs təqsiri tam sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 327.3, 327.4, 511.1.3, 332.1 və 332.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsinə əsasən, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növü tətbiq edərkən, törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 327.3, 327.4, 511.1.3, 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrin səlahiyyətinə aid edilmədiyindən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdığı vaxtdan, yəni 12 avqust 2022-ci il, saat 10:30-dan hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 327.3, 327.4, 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətinə inzibati həbslə tənbeh edilsin. Həbsetmənin əvvəli 12 avqust 2022-ci il, saat 10:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 327.3, 327.4, 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması üçün aidiyyəti üzrə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1870/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1870/2022
12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver