Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1885/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, Aşurlu Mətanət İslam qızının katibliyi ilə, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs, xx xxxx 1955-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə polis mayoru X3 tərəfindən tərtib olunmuş 16 aprel 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola və sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin təhqiqatçısı polis leytenantı Nurlan Talıbov tərəfindən qəbul edilmiş 22 iyun 2021-ci il tarixli (cinayət işi başlanmasının rədd edilməsi barədə) qərardan görünür ki, X1 obyektinə məxsus su xəttlərinin yararsız hala salınmasına dair 1 saylı HK-246 nömrə ilə qeydə alınmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 16 aprel 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 fevral 2021-ci il tarixdə Ə.Kürçaylı küçəsi 8 ünvanın yanında yerləşən obyektə gedən su və kanalizasiya xəttini qəsdən dağıtmış və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X2 izahatında göstərmişdir ki, 04 fevral 2021ci il tarixdə onun mağazasına bitişik qarajın sahibləri obyektinə gedən su və kanalizasiya xətlərini deşici və kəsici alətlərlə dağıdaraq yararsız hala salıb ona maddi ziyan vurmuşlar. Su və kanalizasiya xətlərinin yenidən çəkilməsinə pul xərcləmiş və həmin hadisə nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 2018-ci il tarixdə onun arvadı X4 aid olan qarajın su və kanalizasiya xəttini çəkmişlər. Bir qonşu kimi Namiq Əskərova da həmin su və kanalizasiya xəttindən istifadə etməsi üçü şərait yaratmışlar. Bir müddət sonra Namiq Əskərov öz obyektinin su və kanalizasiya xətlərini onların kanalizasiya və su xəttinə birləşdirmişdir. Daha sonra Namiq Əskərov su sayğacını onların obyektinin qarşısına qoymuş və buna görə onların arasında mübahisələr yaranmağa başlamışdır. Onlar bu barədə "xxxx" ASC-yə müraciət etdikdə onlara su və kanalizasiya xətlərini qanunsuz şəkildə N.Əskərova verdiklərini şifahi şəkildə bildirmişlər. Bunda sonra onlar N.Əskərovun su və kanalizasiya xətlərini ayırmışlar. Bu zaman N.Əskərova maksimum 15- 20 manat maddi ziyan dəymişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edərək qeyd edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsiri inzibati iş üzrə toplanmış sübutlarla tam təsdiq edilmiş və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin təhqiqatçısı polis lettenantı Nurlan Talıbov tərəfindən qəbul edilmiş 22 iyun 2021-ci il tarixli (cinayət işi başlanmasının rədd edilməsi barədə) qərardan görünür ki, X1 obyektinə məxsus su xəttlərinin yararsız hala salınması nəticəsində sonuncuya 7.50 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, törədilmiş xətanın xarakterini, onun şəxsiyyətini, təqsirlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmir. Beləliklə, məhkəmə işin hallarını nəzərə alaraq qeyd edir ki, Şəxs törətdiyi inzibati xəta nəticəsində vurulmuş ziyanın iki mislinədək məbləğdə cərimə təyin edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli, yəni 15 (on beş) manat məbləğində cərimə ilə tənbeh edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1885/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1885/2021
15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver