Məhkəmə qərarları › İş №3(007)-1896/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1896/2021

08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1896/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, “Aznəqliyyatikinti Dövlət Şirkəti” Avtomobil Bazasının barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-si tərəfindən “Aznəqliyyatikinti Dövlət Şirkəti” Avtomobil Bazasının barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib olunmuş 30 mart 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilən sənədlər baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 24 may 2021-ci il tarixli 3(001)- 1868/20214 nömrəli qərardadı ilə material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, 30 mart 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib olunmasına, “Aznəqliyyatikinti Dövlət Şirkəti” Avtomobil Bazasına məxsus ** JA *** dövlət qeydiyyat nişanlı “ZİL MMZ 554 yük” markalı avtomobilin iştirakı ilə 18 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi barədə sorğunun icrasının müəyyən olunmuş müddətdə təmin edilməməsi əsas olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi hərəkətsizlikdə ifadə olunur və hüquqi şəxs öz fəaliyyətini yerləşdiyi ünvanda həyata keçirir. Bununla da, bu növ xəta məhz hüquqi şəxsin hüquqi ünvanında törədilmiş hesab olunur. Materialın məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Aznəqliyyatikinti Dövlət Şirkəti” Avtomobil Bazasına dair Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, Dövlət Vergi Xidmətinin müvafiq reyestrində həmin adda hüquqi şəxsin qeydiyyatı, VÖEN nömrəsi aşkar olunmamışdır. Eləcə də, “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə yoxlama zamanı da belə məlumatlar müəyyən edilməmişdir. Bununla da, həmin adda hüquqi şəxsin mövcudluğu müəyyən edilmədiyindən işin ərazi aidiyyətinin müəyyən edilməsi, hüquqi şəxsin müvafiq səlahiyyətli şəxsinin məhkəməyə dəvət olunması, məhkəmə bildirişlərinin və qərarlarının çatdırılması, icra hərəkətləri həyata keçirildiyi halda ünvanın və digər rekvizistlərin təqdim edilməsi mümkün olmur. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll edilməli məsələni müzakirə edərək, belə nəticəyə gəlirəm ki, inzibati xəta haqqında protokol ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılmalı, inzibati araşdırma orqanı tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs düzgün müəyyən edildikdən və zəruri sübutlar təqdim edildikdən sonra inzibati xəta haqqında protokola dair material baxılması üçün aidiyyəti məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “Aznəqliyyatikinti Dövlət Şirkəti” Avtomobil Bazasının barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş 30 mart 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X1 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar